ONN media xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) struktur dəyişikliyi olub.
AzTU-dan bildirilib ki, universitetin Elmi Şurasının qərarı ilə “Beynəlxalq əlaqələr şöbəsi” və “Xarici tələbələr üzrə dekanlıq”ın bazasında yeni struktur - “Beynəlxalq əlaqələr departamenti” yaradılıb. AzTU-nun Beynəlxalq əlaqələr departamenti müasir ali təhsil prinsiplərinə və müasir təhsil-marketinq trendlərinə əsaslanaraq təşkil olunub. Ümumilikdə 3 şöbədən – “Xarici universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, “Əcnəbi tələbələrin təhsili” və “Layihələr və mübadilə proqramları” şöbələrindən ibarət olan departamentin əsas misiyası AzTU-nu brend universitetə çevirməkdir. O, cümlədən, universitetin müxtəlif beynəlxalq əməkdaşlıqlarda və layihələrdə iştirakını təşkil və koordinasiya etməklə ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunu artırmaq, yüksəkkeyfiyyətli təhsil verilməsini təmin etmək, eləcə də elmi tədqiqat işlərinin beynəlxalq sferaya çıxarılması departamentin qarşısında məqsəd kimi qoyulub. Professor-müəllim heyətinin beynəlxalq əməkdaşlıqlara cəlbi, beynəlxalq əməkdaşlıqlar proqramlarının formalaşdırılması, tələbələrin xarici ölkələrdə təhsilinin, əməkdaşların isə təcrübəsinin təşkil edilməsi və xarici tələbələrin AzTU-ya cəlb olunması yeni yaradılan departamentin əsas vəzifələri olaraq müəyyən edilib. Universitetin Elmi Şurası tərəfindən təsdiq olunan 8 bölmədən, 36 maddədən ibarət Əsasnamədə bunlarla yanaşı yeni yaradılan departamentin funksiyaları və əlaqələri, informasiya təminatı, işinin təşkili, eləcə də hüquqları, əməkdaşların vəzifələri də əks olunub.



Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
Tanınmış jurnalistə vəzifə verildi
Ziya Məmmədovun qardaşına VƏZİFƏ VERİLDİ
Birinci kurs tələbəsi həyatını itirdi
Təhsil nazirindən yeni əmr
AzTU-nun 3 dekanı işdən kənarlaşdırıldı - SƏBƏB?
Bakıda universitet tələbələrinə XƏBƏRDARLIQ
Ölkədə bəzi kafedra və fakültələr LƏĞV EDİLDİ
Elman Babayevə vəzifə verildi
Azərbaycanlı alim koronavirusdan vəfat etdi
Prezident AzTU-ya rektor təyin etdi
Nazirlik universitetlərlə bağlı bu qaydaları təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 