İyunun 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. ONN media xəbər verir ki, Prezident İlham Əliyev və prezident Şarl Mişel sabah Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçiriləcək Sammiti ilə bağlı fikir mübadiləsi aparıblar. Söhbət zamanı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəf üçün çox vacib olduğu bildirilib, Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi üzərində işin getdiyi qeyd olunub. Telefon söhbəti zamanı enerji təhlükəsizliyi məsələsinə toxunularaq “Cənub Qaz Dəhlizi” layihəsinin bu işə töhfə verəcəyi vurğulanıb. Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha ifadə edərək bildirib ki, Ermənistan rəhbərliyinin daim danışıqlar formatını dəyişdirmək cəhdləri, Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlar verməsi münaqişənin həllinə əngəl törətməklə bərabər, danışıqlar prosesinə də böyük zərbə vurur. Prezident İlham Əliyev bir daha bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Prezident İlham Əliyev və Şarl Mişel regional təhlükəsizlik məsələləri ilə də bağlı fikir mübadiləsi aparıblar. Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəfin maraqlarına uyğun olaraq bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng etdi



Şarl Mişel İlham Əliyevə ZƏNG ETDİ
İlham Əliyevlə Şarl Mişel arasında təkbətək görüş keçirildi VİDEO - YENİLƏNDİ
İlham Əliyev Şarl Mişellə görüşdü (YENİLƏNDİ)
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
Şarl Mişel İlham Əliyevə zəng etdi
Şarl Mişel İlham Əliyevə zəng etdi- Nə müzakirə olundu?
İlham Əliyev və Şarl Mişel görüşdü
Azərbaycan Prezidenti Donald Tuskla görüşdü
Şarl Mişel İlham Əliyevə zəng etdi
İlham Əliyev Şarl Mişellə görüşdü
Brüsseldə üçtərəfli görüş başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 