İyunun 19-da Böyük Britaniya Beynəlxalq Ticarət Nazirliyinin (BTN) rəsmi internet səhifəsində "Xarici Biznes Riskləri - Azərbaycan" (Overseas Business Risks-Azerbaijan) adlı elektron bələdçi məlumat bazasına xəbərdarlıq yerləşdirilib. ONN media xəbər verir ki, 2017-ci ildə Avropa Komissiyası Ticarət Baş Direktorluğunun internet səhifəsində yerləşdirilmiş məlumatın mətninə uyğun olan xəbərdarlıqda vurğulanıb:
"BTN Dağlıq Qarabağ və ətraf ərazilərdə Britaniya şirkətlərini hər hansı iqtisadi fəaliyyətlə məşğul olmamaqla bağlı xəbərdarlıq edir. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ətraf ərazilərdə iqtisadi fəaliyyətin mülki və cinayət məsuliyyəti doğuracağı, belə fəaliyyətlə məşğul olan fərdlərə və şirkətlərə qarşı Azərbaycanda müvafiq hüquqi tədbirlərin, o cümlədən cinayət işinin açıla biləcəyi, eləcə də həmin fərdlərin gələcəkdə Azərbaycana səyahət etmək imkanlarına təsir edə biləcəyi vurğulanıb". Qeyd edək ki, qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı xəbərdarlıq bir neçə aspektdən əhəmiyyət kəsb edir. Birincisi və ən əsası Dağlıq Qarabağ və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyi, bu ərazilərə münasibətdə Azərbaycan qanunvericiliyinin qüvvədə olduğu bir daha təsbit edilib. İkincisi, bir qayda olaraq Britaniya XİN-in Azərbaycana səyahət bölməsində daha çox turistlərə yönəlmiş, işğal edilmiş ərazilərə səyahətdən çəkinməklə bağlı müvafiq mövqe bəyan edilsə də, konkret olaraq bu ərazilərdə iqtisadi fəaliyyətin doğura biləcəyi nəticələr barəsində qeydlər yer almayıb. Bu daha çox Britaniya rəsmi qurumlarının özəl biznesin fəaliyyətinə müdaxilə etməməyə üstünlük verməsi ilə izah olunur. Bu baxımdan xəbərdarlıq Britaniyanın sırf qanunsuz iqtisadi fəaliyyətlə bağlı ilk mövqeyi kimi qəbul oluna bilər.(report)Britaniya öz şirkətlərini Qarabağda fəaliyyəti ilə bağlı XƏBƏRDARLIQ ETDİ



Qarabağdakı bu şirkətlər barədə tədbirlər görüləcək - RƏSMİ
Müdafiə Nazirliyindən daha bir etiraz
Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Bakıya gəldi
AMB-dən bu təşkilatlara xəbərdarlıq
MN Rusiyaya müraciət etdi- YOLVERİLMƏZDİR!
İnternetlə bağlı qiymət artımına rəsmi cavab- XƏBƏR ETMİŞDİK!
Britaniya ilə əlaqələrin 30 illiyi ilə bağlı tədbir keçirildi
Britaniyadan XƏBƏRDARLIQ
DYP bu sürücülərə xəbərdarlıq etdi
MN-dən Rusiyaya daha bir etiraz
Naxçıvanın baş naziri ilk qərarını imzaladı
İlham Əliyev Consonun elçisini qəbul etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 