Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitində də qulluq etmək sizi daha da gözəlləşdirə və gənc saxlaya bilər. Üz qulluğu qədər bədən də önəmlidir. ONN media xəbər verir ki, yaş ötdükcə bədəndə selülitlər yaranır. Bunları evdə maskalarla aradan qaldıra bilərsiniz. Xanımlar üçün asan maskalar təqdim edirik. Aşağıdakı məsləhətlərin hər hansı birinə heç olmasa gün ərzində 10 dəqiqə əməl etsəniz, nəticə gözlədiyinizdən də əla olacaq. 1. Qreypfrut, rozmarin, çobanyastığı və limon yağından 3 damcı töküb qarışdırın. Bu qarışıqla sellülitli hissələrə çəkib, masaj edin. Ardından isti vanna qəbul et. Prosesi 1 həftə davam etdir, 7 gün ara verdikdən sonra yenidən başla. 2. Gündə iki dəfə - səhər və axşam quru əllərlə bud və qarın hissəni ən azı 5 dəqiqə masaj edin. Bundan sonra isti vanna mütləqdir. Axırda bədəninizə krem çəkməyi də unutmayın. Düyülü pilinq Dəriniz daha gözəl və cavan görünəcək Tərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir. Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır. Tərkibindəki RR vitamini streslə mübarizə aparmağa kömək edir, dərinin elastikliyini artırır. Buna görə də düyüdən maska hazırlayıb, üzə çəkmək super-effekt yaradacaq. · Düyünü suda isladıb, üzünüzə kompres edin. 15 dəqiqə saxladıqdan sonra üzü nəm parça ilə silin. Bitkinin tərkibindəki EE vitamini dəridəki ölü hüceyrələri aradan qaldıracaq, dərini zədələrdən qoruyacaq. Düyü qırışların açılmasına, dərinin daha da cavanlaşmasına kömək edəcək. · Hər gün üzünüzə düyü yağı çəkin. · Düyünü yuyub, blenderdə əzin. Üzərinə 2 xörək qaşığı isti süd, töküb qarışdırın. Alınan maddəni qalın formada üzə çəkin. 10-15 dəqiqədən sonra maskanı silib, üzü su ilə yuyun. Maska dərini daha yumşaq və hamar edəcək, qan dövranını yaxşılaşdıracaq.(axşam.az)
Evdə qulluq möcüzələr yaradacaq



Bunun üçün sizə 10 dəqiqə lazımdır
Dərini təmizləyən və cavanlaşdıran maskalar
Payızda fəslində dərimizə necə qulluq etməliyik?
Ayaqlardakı ağrılara son
Bu maskalar saçlarınızı inanılmaz edəcək
Dəri çatlamasının izini yox edəcək - TƏBİİ VASİTƏLƏR
Saç tökülməsinin və qurumasının qarşısını bunlarla alın
Evdəki ərzaqlarla təbii maskalar
Həm cildiniz, həm də saçınız üçün maska
Dəridəki ölü hüceyrələri təmizləyəcək 5 ÜSUL
Ev şəraitində ayaqlara qulluq
Sadəcə 20 dəqiqəyə qırışlardan və ölü dəridən azad olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 