Payız fəslində dəri və saçlarımız mənfi təsirlərə məruz qaldığı üçün xüsusi qulluq tələb edir. ONN media köməyinizə gələcək bir neçə ideyanı sizə təqdim edirik ki, bu mövsümdən bütünlüklə razı qalasınız və evdə rahatlıqla özünüzə əsl “qulluq ziyafəti” verəsiniz. Nəmləndirmə İsti mövsümdən sonra dərini daha çox qidalandırmaq və sakitləşdirmək lazımdır. Çünki yaxşı qidalanmış və nəmləndirirlmiş dəri zərərli maddələri dəridən uzaqlaşdırır və dərini “düşmən”lərdən qoruyur. Buna görə də, nəmləndirmə, qidalandırmaq, bərpaetmə mövzusunda nə qədər yaxşı bələd olduğunuz vasitələr – kremlər, mineral sular, maskalar varsa, dərinizə uyğununu seçib, istifadə edin. Üz masajı Dəriniz tonusunu itiribsə, onda sallanmalar yaranıbsa, üz dəriniz zərif rəngini itiribsə, elastiklik və hamarlıq dərinizdən uzaqlaşıbsa təcili bunları aradan qaldırmaq lazımdır. Bunun üçün kremlərlə bərabər dəriyə masaj da lazımdır. Youtube-da bir çox dünyaca məşhur bloqerlərin, dermatoloqların belə masaj videoları var ki, onlardan bəhrələnə bilərsiniz. Ya da ki, pulunuzdan keçib salon köməyi ala da bilərsiniz. Belə masajdan sonra dəriyə tətbiq etdiyiniz kremləriniz dəri tərəfəindən daha yaxşı qəbul olunacaq və təsiri də əla olacaq. Bədən masajı Üzünüzü masaj edəndə bədəninizi yaddan çıxartmayın! Duş zamanı hər hansı bir fırça ilə ya da ki, əlinizlə dərinizi skrab və ya bədən yağı ilə masaj edin. Bu masaj bədəndə qan dövranını yaxşılaşdırır, əzələlər gümrahlaşır, hüceyrələr yaxşı işləyir və bədən dərisində olan ölü hüceyrələr məhv olur. Spa-qulluq Dəbdəbəli şokoladlı qarışım dərinin rəngini bərpaedir və ona mükəmməl hamarlıq bəxş edir, pilinq isə dəridəki ölü hüceyrələri soyub kənara atacaq və bu prosesin effektli olması üçün ondan sonra bədənə nəmləndirici, qidalandırıcı krem çəkmək lazımdır, süd və losion isə dəriyə əlavə yumşaqlıq qatır. Aromatik vanna Yorğunluğu atmağın ən yaxşı yolu köpüklü, ətirli isti vannadır, desək, yanılmarıq. Üzünə və saçına maskanı tətbiq et, ətirli şamlarını yandırıb vanna otağına qoy, playlist-ində sakitləşdirici bir musiqi qoy və öz aləminə dalaraq yorğunluğunu at.(metbuat.az)
Payızda fəslində dərimizə necə qulluq etməliyik?



Üzə necə qulluq etmək lazımdır?
Qışda dəriyə düzgün qulluq etməyin yolları
Üzümüzə necə qulluq edək?
Gənc qalmaq üçün bunu edin
Quru dəriyə necə qulluq edilməlidir?
Yaz avitaminozu nədir, necə mübarizə aparmaq olar? — MƏSLƏHƏT
Evdə qulluq möcüzələr yaradacaq
Üz dərisini cavanlaşdıran yağlar
Dəridəki ölü hüceyrələri təmizləyəcək 5 ÜSUL
Üzə əncir çəkməyin faydaları...
Bunun üçün sizə 10 dəqiqə lazımdır
Günəş yanığı zamanı nə etməli? - 3 QIZIL MƏSLƏHƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 