Moskvada faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təşkil edilən hərbi parada start verilib.
Paradı Rusiya Müdafiə naziri Sergey Şoyqu qəbul edib. Parada rəhbərlik isə Rusiya Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukova tapşırılıb.
Hərbi parada 14 min hərbçi, 234 tarixi və müasir hərbi texnika cəlb edilib. Bununla bərabər təşkil edilən parada Rusiya ilə bərabər 13 ölkənin hərbçiləri də qatılıb. Bunlar sırasında Azərbaycan, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistan hərbçiləri yer alıb.
Parada tamaşa etmək üçün Moskvaya Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Serbiya, eləcə də qondarma Cənubi Osetiya və Abxaziya liderləri gəlib.
Qeyd edək ki, Azərbaycanı hazırda paradda Müdafiə naziri Zakir Həsənov təmsil edir. Buna səbəb prezident İlham Əliyevin koronavirusla yaranan situasiyaya görə parada getməkdən imtina etməsidir.



Bu gün hərbçilərimizin MÖHTƏŞƏM PARADI OLACAQ
Moskvada hərbi parad başladı
Bakıda parada hazırlıq başladı - FOTOLAR
Putin İlham Əliyevi təbrik etdi
Azərbaycanda BU TARİXDƏ Qələbə paradı keçiriləcək
Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ
Hərbi parada hücum oldu- Ölənlər var
Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək – RƏSMİ
Hərbi parada hücum: ölənlər var
Hərbi paradda 13 ölkənin nümayəndəsi iştirak edəcək
SON DƏQİQƏ: Şoyqu Zakir Həsənova ZƏNG ETDİ
Bakıda "Zəfər paradı" keçirilir - CANLI YAYIM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 