Ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi mənim göstərişimlə Gəncə şəhərində həyata keçiriləcək. Bu məqsədlə biz Avropa Yenidənqurma və İnkişaf Bankından təqribən 70 milyon avro dəyərində kredit götürürük.
ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə məlumat verib.
Dövlət başçısı bildirib ki, bu gün kreditlərin götürülməsi ancaq müstəsna hal kimi mümkündür.
“Çünki bizim özümüzün kifayət qədər vəsaitimiz var. Mən istəyirəm ki, bizim xarici dövlət borcumuz daha da aşağı düşsün. Baxmayaraq ki, indi də 20 faizin altındadır. Ancaq strateji və texnologiya tutumlu layihələr üçün kreditlər götürürük və bu kreditin götürülməsinə mən icazə verdim. Gəncədə icra ediləcək “Yaşıl şəhər” layihəsi ictimai nəqliyyatı əhatə edəcək. Ondan sonra küçələrin işıqlandırılması, - bilirəm, bu məsələ ilə bağlı problem var, - bir də bərk məişət tullantılarının utilizasiyası. İlkin mərhələdə insanları narahat edən bu üç məsələ öz həllini tapacaqdır. Əlbəttə ki, biz bundan sonra da dövlət büdcəsi hesabına bütün lazımi addımları atacağıq”, - deyə Prezident İlham Əliyev qeyd edib.



"Qarabağ"FK Avropa Liqasından nə qədər qazanıb?
Azərbaycan Dünya Bankının kreditindən imtina etdi
Prezident sərəncam imzaladı
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Avro 2024-ün qalibi və iştirakçıları nə qədər qazanacaqlar?
Avropa İttifaqı bu qonşu ölkəyə 400 milyon avro YARDIM EDİR
Prezident Gəncəyə 10 milyon manat ayırdı
Azərbaycan İrana 500 milyon dollar kredit ayırdı
“Mənim sözüm birdir” - İlham Əliyev
İlham Əliyevdən maska taxmayanlara XƏBƏRDARLIQ
Bu sözlərim hamı üçün əsas olmalıdır - Prezident
İlham Əliyev büdcədən pul ayırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 