Nazirlər Kabinetinin 220 №li Qərarı üç dəyişikliyi nəzərdə tutur Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarına əsasın 19 iyun tarixli 208 - saylı Qərara dəyişikliklər edilib. ONN media xəbər verir ki, dəyişikliklər 3 hissədən ibarətdir. Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsi ilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər. İkinci dəyişiklik ondan ibarətdir ki, Nazirlər Kabinetinin 208 nömrəli Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş aşağıdakı sahələrdə işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Bunlar (208 saylı Qərarın əlavəsindəki sıralamaya əsasən): 4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.14. qablaşdırma məhsullarının istehsalı; 4.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar. 6.2. kimyəvi təmizləmə; 6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.4. avtomobillərin təmiri; 6.5. avtomobil yuyulma məntəqələri; 6.6. heyvan sığınacaqları; 9.2. tərcümə xidmətləri. Üçüncü dəyişiklik isə odur ki, yuxarıda göstərilən 15 sahə üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.
Xüsusi karantin rejimi ilə bağlı qərarda nələr dəyişdi? - İZAH



Kimlərin icazəsi ləğv olundu? - İZAH/VİDEO
Komendant saatında fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
Bu icazələr ləğv ediləcək - RƏSMİ AÇIQLAMA
Bu sahələrin fəaliyyətinə icazə verilir - TAM SİYAHI
SON DƏQİQƏ: Bəzi sahələrin fəaliyyətinə İCAZƏ VERİLDİ
Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
İcazələrin bir hissəsi ləğv edildi
Nazirlər Kabineti bu sənədlərin məxfiliyini açdı
Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ
Əli Əsədov xüsusi karantin rejimi ilə bağlı QƏRAR İMZALADI
Xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri ELAN OLUNDU
Bayrağın asılması ilə bağlı mühüm DƏYİŞİKLİK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 