Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı mediada həmin əşyaların daşınması və utilizasiyanın guya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. AQTA-dan ONN media -ya verilən məlumata görə, həmin xəstəxanadan qeyd olunan əşyaların, müxtəlif tullantıların ərazidən daşınması və utilizasiyası Qida Təhlükəsizliyi Agentliyinin funksional vəzifələrinə daxil deyil və bununla bağlı Agentliyə hər hansı tapşırıq verilməyib:"Yalnız onu qeyd edə bilərik ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasında bioloji və tibbi tullantıların utilizasiyasını həyata keçirən, müasir standartlara cavab verən insinerator (yüksək temperaturda yandırılma üsulu ilə təhlükəli tullantıların zərərsizləşdirilməsi) avadanlığı fəaliyyət göstərir. Pandemiya şəraitini nəzərə alaraq həmin avadanlığın imkanları ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha məlumatlar verilib və yalnız bioloji və tibbi tullantıların məhv edilməsi üçün laboratoriyanın avadanlığı bu prosesə cəlb olunub. Hazırda avadanlıq vasitəsilə cənub bölgəsində pandemiya ilə əlaqədar mövcud olan bioloji və tibbi tullantıların utilizasiyası həyata keçirilir. Xəstəxananın digər əşyaları, müxtəlif növ tullantıları, o cümlədən məişət tullantıları, yemək üçün nəzərdə tutulan qablarının daşınması və məhv edilməsi Qida Təhlükəsizliyi Agentliyinin yox, aidiyyatı qurumların birbaşa vəzifə səlahiyyətlərinə daxildir. Əlaqədar qurumlara isə tövsiyə edirik ki, yanlış məlumatlar yaymamaq üçün informasiya verərkən həmin məlumatın dəqiqliyini bir daha araşdırsınlar".
Koronavirus xəstələrinin qabları küçəyə atılır? - RƏSMİ CAVAB



Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
Yararsız qida məhsulları məhv edildi
Göyçayda kiflənmiş kolbasa məhsulları aşkarlanıb
İstifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları məhv edildi
İstehlaka yararsız 62 ton süd məhsulları məhv edildi
AQTA sahibkarları cərimələməyə başlayıb
Azərbaycanda 6 xəstəxanada pozuntular aşkarlandı - SİYAHI
Azərbaycanda azyaşlı çipsdən zəhərlənib? - AQTA-dan açıqlama
Yararsız kolbasa və sosiska məhsulları aşkarlandı
Zərərli olan dondurmalar hələ də satışdadır?
Azərbaycanda görünməmiş iyrənclik: yediyimiz dönərlərin əti burdan gəlirmiş – FOTOLAR
Quş qripi xəstəliyi ilə bağlı xəbər var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 