Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumata əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub.
Məlum olub ki, müəssisə yüksək riskli məhsullar qrupuna daxil olan toyuq ətini (budunu) emal edərək müxtəlif dönərxanalara paylanması zamanı normativ sənədlərin tələblərinə əməl etmir.
Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.





Bakıda məşhur dönərxana bağlandı
“Yanar Dönər” bağlandı - BUNA GÖRƏ...
Bakıda qanunsuz toyuq sexi aşkarlanıb
Toyuq sexində iyrənc mənzərə
Pendir sexində acınacaqlı görüntülər - Bərdədə
Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı - SƏBƏB?
AQTA yararsız spirtli içkiləri məhv etdi
Azərbaycanda daha bir anti-sanitar toyuq sexi aşkarlandı
AQTA qənnadı müəssisəsinin fəaliyyətini dayandırdı
Bakıda bu dönərxanalar fəaliyyətini dayandırdı
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 