8103 SMS icazə sistemi ilə bağlı daha bir dəyişiklik edilib. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib. Onun sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq: "Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi. Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit təbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun. Beləliklə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Həmçinin, 2 kodundan istifadə edərək icazə alan vətəndaş da daha 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Bu məhdudiyyətlərin tətbiqi sui-istifadə hallarının çoxluğundan irəli gəlib". Dövlət Agentliyi vətəndaşlara tövsiyə edib ki, təxirəsalınmaz tibbi yardımla bağlı 1 kodundan istifadə edən vətəndaş həmin müddət ərzində digər ərzaq ehtiyaclarını da ödəsin. Qeyd edək ki, daha əvvəl 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün icazə cavabının gəlmə vaxtı 15 dəqiqəyə qaldırılıb. Məlumat üçün bildirək ki, “E-Təbib” mobil tətbiqi vasitəsilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunur. https://www.youtube.com/watch?v=GnkXni0ZR4Q&feature=emb_title
SMS icazə sistemində limit qoyuldu: Gündə bir dəfə... - VİDEO



SMS icazə sistemində limit qoyuldu: Gündə bir dəfə...
8103 SMS icazə ilə bağlı DƏYİŞİKLİK EDİLDİ
Bir gündə 2 dəfə icazə almaq olar... - Ülvi Mehdiyev
8103 qısa nömrəsinə göndərilən SMS-lərin sayı AÇIQLANDI
SMS icazə xidməti ilə bağlı ən çox verilən sualların cavabları
SMS-lə icazə alanlara vacib xəbər var
Gözəllik salonlarına getmək istəyənlərin diqqətinə
Zibil atmaq üçün icazə alınmalıdır? - RƏSMİ AÇIQLAMA
Bu nömrəyə yanlış mesaj göndərənlərin DİQQƏTİNƏ
Bu şəxslərin icazəsi ilə bağlı yeni qərar
Maşın üçün icazəni necə almaq lazımdır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 