“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir. ONN media xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Belə ki, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 38 819 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 583 092 icazə qeydiyyata alınıb. Aparılan təhlillər nəticəsində icaze.e-gov.az portalına yeni funksiyalar əlavə edilib. Belə ki, dövlət və özəl təşkilatlar portal üzərindən əldə edilmiş icazələri həm də PDF formatında yükləyərək əməkdaşlarına təqdim edə bilər. Bunun üçün “İcazələr” bölməsində sətrlər üzrə əks olunan müvafiq icazə açılır və yuxarı sağ küncdə yerləşən “PDF” düyməsi klik edilərək icazə yüklənilir. Bundan əlavə, elə həmin bölmədə əməkdaşlar üzrə icazələrin ad, soyad və ya ata adı daxil edilərək axtarılması imkanı da yaradılıb. Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 901 min telefon nömrəsindən 2 milyon 289 min SMS göndərilib ki, bunlardan da təqribən 1 milyon 219 mini, yəni 53 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 98 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
SMS-lə icazə alanlara vacib xəbər var



Qaydalara zidd olan 170 minədək icazə ləğv olundu - Dövlət Agentliyi
SMS icazə alan və “icaze.e-gov.az”da qeydiyyatdan keçənlərin sayı NƏ QƏDƏRDİR?
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirildi
İcazələr nə vaxta qədər davam edəcək?
"ASAN xidmət"dən xəbərdarlıq: 100 min icazə ləğv oluna bilər
Azərbaycanda bu şəxslərin küçəyə çıxma icazəsi LƏĞV EDİLİR
Toylarla bağlı icazə portalı aktivləşdirildi
Xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri ELAN OLUNDU
SON DƏQİQƏ: Bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir
Bu şəxslərin işə çıxmasına yenidən icazə verildi - RƏSMİ
İcazə portalı yenidən fəaliyyətə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 