ONN İnformasiya Agentliyi

Azərbaycanda iki vəkil koronavirusa yoluxdu

Azərbaycanda iki vəkil koronavirusa yoluxdu
30-06-2020, 11:58

"Bu günə olan məlumata görə 2 vəkilimiz Covid-19 yoluxub, xəstəliklə mübarizə aparırlar".

Bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bildirib.

O, əlavə edib ki, virusa yoluxan vəkillərlə əlaqə saxlayıb: "Onların hər ikisi ilə danışmışam, 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm, narahatlığımı bildirmişəm. Vəkil Cimnaz Eyubova xanımla biraz olar ki, danışdım, sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur, bütün vəkillərimizin salamını və dəstəyini ona bildirdim, çox sevindi. Çimnaz xanım təcrübəli vəkildir, 20 ildən çoxdur ki, VK üzvüdür, mübarizdir, güclü iradəyə malikdir, bu xəstəliyə qalib gələcəyinə əminəm".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png