Yanvarın 14-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
ONN media xəbər verir ki, Vəkillər Kollegiyasından verilən məlumata görə, iclasda Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq sədri, Ağır cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmənin sədri İkram Kərimov vəkil andı içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib. Eyni zamanda, Rəyasət Heyətinin qərarına əsasən, bugünkü iclasda yaradılan Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasına rəhbərlik İkram Kərimova tapşırılıb.
Bundan başqa, iclasda yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakıda fəaliyyət göstərəcək “Fides”, “Sumqayıt Asan”, Goranboy və Yevlax vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılaraq, müsbət qərarlar qəbul edilib.
İclasda vəkillər barəsində başlanılmış 23 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyləri də müzakirə edilib. Qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub. Həmçinin 1 vəkilə irad, 4 vəkilə xəbərdarlıq verilib, 15 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib. İki intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.



Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırıldı
İki vəkilin fəaliyyəti dayandırıldı
Xocalı faciəsi qurbanlarının ailələrinə pulsuz hüquqi yardım göstəriləcək
Daha bir vəkil COVID-19-dan vəfat etdi
Tanınmış vəkil vəfat etdi
Vəkillər Kollegiyasına yeni sədr seçildi
Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
Vəkillər Kollegiyasının Aparat rəhbəri İSTEFA VERDİ
Adil İsmayılovla bağlı qərar LƏĞV EDİLDİ
14 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verilib
Bu vəkillərə 2.6 milyon manat ödənildi
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ - İmtahan olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 