Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasın əvvəlində 26 fevral – Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. ONN media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının rəsmi saytında məlumat verilib. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Xocalı soyqırımı qurbanları və onların ailələrinə Vəkillər Kollegiyası üzvləri tərəfindən ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı təklif səsləndirib, yekdilliklə qərar qəbul edilib. Bundan başqa, sədr Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbula dair son vəziyyət, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinin qeyd edilməsi barədə iclas iştirakçılarına məlumat verib. İclasda başqa vəkil qurumuna keçmək və sair müraciətlərə, Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının və vəkil qurumlarının inzibati binalarında, fərdi qaydada və ya vəkil kabinetlərində fəaliyyət göstərən vəkillərin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahələrində yanğın təhlükəsizliyi qaydalarının təsdiq edilməsi məsələlərinə baxılıb, o cümlədən Vəkillər Kollegiyasına aid əmlakın, möhürlərin və vəkillik fəaliyyəti ilə bağlı digər sənədlərin təhvil-təslim edilməsi üçün “Təhvil-Təslim Komissiyası”nın yaradılması barədə qərar qəbul edilib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 14.02.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Anar Kərimov “Fəxri Fərman”la təltif edilib. İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Xocalı faciəsi qurbanlarının ailələrinə pulsuz hüquqi yardım göstəriləcək



Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırıldı
İki vəkilin fəaliyyəti dayandırıldı
Daha 1 vəkilin fəaliyyətinə xitam verildi
Vəkillər Kollegiyasına yeni sədr seçildi
Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək
Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
Tanınmış vəkil vəfat etdi
Daha bir vəkil COVID-19-dan vəfat etdi
14 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verilib
Bu vəkillərə 2.6 milyon manat ödənildi
Elinanın anası 3 vəkil təmənnasız müdafiə edəcək
Adil İsmayılovla bağlı qərar LƏĞV EDİLDİ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 