ONN media Olaylar-a istinadla xəbər verir ki, bu gün Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri 14 saylı Vəkil Bürosunun açılış mərasimində iştirak etmişdir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərovu büroda aparılmış yenidənqurma işləri ilə tanış edən büronun müdiri Telman Qasımov görülmüş işlər barədə məlumat vermiş, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirmişdir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirmiş və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirmiş, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat vermişdir.
Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləmiş, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmışdır.



Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırıldı
Xocalı faciəsi qurbanlarının ailələrinə pulsuz hüquqi yardım göstəriləcək
Vəkillər Kollegiyasına yeni sədr seçildi
Daha bir vəkil COVID-19-dan vəfat etdi
Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
Bu şəxslər vergidən azad edilə bilər
Naxçıvan Vəkillər Kollegiyasına yeni sədr seçildi
Vəkillər Kollegiyasına yeni bina ayrıldı
Daha 1 vəkilin fəaliyyətinə xitam verildi
İki vəkilin fəaliyyəti dayandırıldı
Elinanın anası 3 vəkil təmənnasız müdafiə edəcək
Təhsil Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbində tədbir keçirilib
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 