Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclası keçirilib. ONN media Vəkillər Kollegiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov bu ilin fevral ayının 1-dən etibarən order markalarının tətbiqinə hazırlıq işləri barədə məlumat verib, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. İclasda Beyləqan rayon Vəkil Bürosunun təsis olunması barədə məsələyə baxılaraq müsbət qərar qəbul olunub, başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılıb, o cümlədən fevral ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilib. İclasda vəkillər barəsində başlanılmış 12 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq qanunvericiliyin tələblərini pozduğuna görə 3 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub. Həmçinin 1 vəkilə irad, 1 vəkilə töhmət verilib, 6 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 1 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırıldı



İki vəkilin fəaliyyəti dayandırıldı
Daha 1 vəkilin fəaliyyətinə xitam verildi
Xocalı faciəsi qurbanlarının ailələrinə pulsuz hüquqi yardım göstəriləcək
14 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verilib
Daha bir vəkil COVID-19-dan vəfat etdi
Vəkillər Kollegiyasına yeni sədr seçildi
Tanınmış vəkil vəfat etdi
Bu şəxslər vergidən azad edilə bilər
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ - İmtahan olacaq
Anar Bağırovdan vəkillərə ŞAD XƏBƏR
Vəkillər Kollegiyasına yeni bina ayrıldı
Adil İsmayılovla bağlı qərar LƏĞV EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 