Bu gün iyunun 6-da Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində Bakı şəhərinin Sabunçu rayonunda, Ramana qəsəbəsində bir neçə evdə yanğın baş verməsi haqqında məlumat yerləşdirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri həmin məlumatı yayarkən hadisənin Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi” adlanan ərazidə baş verdiyini bildiriblər. "Ramana qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Şuşa şəhərciyi” adlanan ərazidə heç bir yanğın hadisəsi baş verməyib. Yanğın “Şuşa şəhərciyi”nin ərazisindən bir neçə kilometr uzaqda olub və nəticədə yerli əhalinin yaşadığı evlərə ziyan dəyib. Mətbuat xidməti kütləvi informasiya vasitələrindən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı məlumatların yayılmasına diqqətlə yanaşmağı, həmin məlumatları yaymamışdan qabaq Dövlət Komitəsi ilə əlaqə saxlayaraq dəqiqləşdirməyi bir daha xahiş edir", məlumatda vurğulanıb.
“Şuşa şəhərciyi”ndə heç bir yanğın hadisəsi baş verməyib - Komitə



Məcburi köçkünlərin yataqxanasında YANĞIN
SON DƏQİQƏ: Bakıda Şuşa şəhərciyində bina yanır
Məcburi köçkünlərin yaşadığı binada yanğın oldu
Sabunçuda yanğın
“Gənclər Şəhərciyi”ndə yanğın
Azərbaycanda məcburi köçkünlərin yaşadığı binada yanğın oldu
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Bu ailələr dövlət hesabına kirayə mənzillə təmin olunacaq
Şuşaya ilkin mərhələdə neçə ailə köçürüləcək?
Sumqayıtda güclü yanğın - Bir neçə ev yandı
Məcburi köçkünlərin evində yanğın - YARALILAR VAR
Yanan yataqxanadakı köçkünlər hara yerləşdiriləcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 