Avqustun 8-də Mingəçevir şəhərindəki keçmiş turist bazasında (Turbaza), məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazidə torpaq sürüşməsi baş verib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ONN media -ya verilən məlumata görə, Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar. Hadisə nəticəsində ikisi Ağdam, biri Kəlbəcər rayonundan olmaqla 3 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış yerinə ziyan dəyib. Dövlət Komitəsi həmin yaşayış yerlərində qısa müddətdə zəruri təmir-bərpa işləri aparacaq. Mingəçevir şəhərindəki “Turbaza” adlanan ərazidə 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Bu ailələrin əksəriyyəti Ağdam və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərdir. Onların yeni yaşayış sahələrinə köçürülməsi məsələsinə bölgədə məcburi köçkünlər üçün gələcəkdə yeni qəsəbələr salınarkən mövcud qaydalar çərçivəsində baxılacaqdır. Xatırladaq ki, indiyədək Mingəçevirdə 2004-cü ildə 412 ailəlik “Yeni həyat” qəsəbəsi, 2013-cü ildə 504 ailəlik qəsəbə, 2015-ci ildə 594 mənzilli ümumilikdə 1510 ailəlik üç qəsəbə istifadəyə verilib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı – Yol xəritəsinə uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılması nəzərdə tutulub.
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi



Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
Ümid qəsəbəsinə məcburi köçkünlərin köçürülməsi başlanıb
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA
30 köçkün ailəsi birinci Qarabağ müharibəsində dağılan evlərinə qayıtdı
Bu ailələr dövlət hesabına kirayə mənzillə təmin olunacaq
Şuşaya ilkin mərhələdə neçə ailə köçürüləcək?
Yanğın zamanı evsiz qalanlara yaşayış yerləri ayrıldı
Laçın Rayon İcra Hakimiyyəti iddialara cavab verdi
Məcburi köçkün ailələrinə ev verildi
"Qaçqınkom" məcburi köçkünləri məhkəməyə verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 