Azərbaycanın sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan iri şəhər və rayonlarında xüsusi mobil postlar fəaliyyətə başlayıb.
ONN media xəbər verir ki, bunu “20 Yanvar” ərazisində qurulan postla bağlı Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
V.Əsədov qeyd edib ki, karantin dövrü davam etdiyindən, yoluxanların sayı çox olduğundan, müvafiq olaraq, polis tərəfindən inzibati tənbeh tədbirləri də davam etdirilir:
“Sadəcə stasionar postlarda sıxlıq yarandığından onlar mobil postlarla əvəzlənib. Ona görə də yeni tətbiq edilən texnologiyalar vasitəsilə mobil postlar qurulub. Hazırda qaydalara nəzarət aşağıdakı şəkildə həyata keçirilir:
Mobil postlar vasitəsilə, reydlər təşkil etməklə, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşının hərəkətdə olan sürücünü saxlaması ilə, həmçinin kamera vasitəsilə. Yəni stasionar postlarda olan xidmətləri biz yeni üsullarla həyata keçiririk”.
Şöbə rəisi bir daha vətəndaşlara, hərəkət iştirakçılarına müraciət edib:
“Bir daha vətəndaşları diqqətli olmağa, yoluxma faktlarının qarşısının alınması, öz sağlamlıqları üçün maska taxmağa, sosial məsafə saxlamağa, gigiyenik qaydalara əməl etməyə çağırırıq. Ən azından vətəndaş-polis həmrəyliyinin yüksək səviyyədə təşkil edilməsində iştiraka dəvət edirik. Bu gün də hərəkətlə bağlı icazə yalnız tələb edilənlər kimidir. Ona görə də vətəndaşlar lüzumsuz olaraq, hərəkət etməsinlər. Düşünməsinlər ki, postlar ləğv olunub, bizə cərimə yazmayacaqlar".



Həftəsonu ilə bağlı polisdən XƏBƏRDARLIQ
Karantinə görə qurulan polis postları ləğv edilir?
Bu ərazilərdə polis postları qurulacaq
Bu rayona giriş-çıxış məhdudlaşdırıldı - Postlar quruldu
Bakıda mobil postlar quruldu
Bakının giriş-çıxışında və müxtəlif hissələrində postlar quruldu
Karantin cərimələri silinəcək? - DİN-dən CAVAB
Bakıda postların sayı niyə azaldıldı?
DİN rayonlara gediş-gəlişlə bağlı detalları AÇIQLANDI
Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı
Vaqif Əsədov təltif edildi
Karantin rejimini pozan yüzə yaxın şəxs CƏZALANDIRILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 