Bakı şəhərində sərt karantin rejimi ilə bağlı yaradılmış karantin postlarında sıxlığı aradan qaldırmaq üçün tədbirlər görülür. Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bununla bağlı karantin postlarına nəzarət edən yol polislərinə xüsusi texniki vasitələr verilib: "Bu vaxta qədər əgər bir avtomobilin yoxlanışı üçün 15-20 saniyə vaxt sərf olunurdusa, indi 3-5 saniyəyə avtomobil sürücüsü yoxlanılır. Belə ki, sürücü şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin şəxsiyyət vəsiqəsi texniki vasitəyə yaxınlaşdırılır və dərhal da onun icazə alıb-almaması müəyyən olunur. Sürücülərdən xahiş edirik ki, şəhər ərazisində quraşdırılan stasionar karantin postlarına yaxınlaşarkən icazə vərəqi və ya telefondakı sms cavabı deyil, şəxsiyyət vəsiqəsini təqdim etsinlər. Üzərində hər hansısa fəaliyyətinə icazə verilən qurumun vəsiqəsi, icazə sənədi olsa da, sürücü və ya sərnişin yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə qısa zamanda yoxlanılır. Postlardakı nəzarətçi polislərdə olan xüsusi texniki vasitə şəxsiyyət vəsiqəsi ilə həmin şəxsin icazəli olub-olmadığını dərhal müəyyən edir. Nəticədə karantin postlarında süni tıxaclar yaranmır". V. Əsədov bildirib ki, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə rəisləri və vəzifəli zabitləri də paytaxt yollarında yaradılmış karantin postlarında xidmətə cəlb olunublar. (trend)
Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı



Karantin postlarında belə yenilik olmamışdı: 5 saniyəyə...
Bu ərazilərdə polis postları qurulacaq
Bakıda karantin postları yenidən qurulur
DYP-dən əhaliyə müraciət
Qardaşının sənədi ilə postu keçmək istədi - ƏLƏ KEÇDİ
Bu ərazilərdə karantin postları ləğv edildi
Yol polisi karantin rejimi ilə bağlı daha bir çağırış etdi
Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək - ŞƏRTLƏR
Sürücülərə şad xəbər- Cərimə olunmayacaqsınız
Bakının giriş- çıxışındakı tıxacla bağlı rəsmi açıqlama
Həftəsonu bu ərazilərdə yenidən postlar qurula bilər
Əhaliyə XƏBƏRDARLIQ!- Həbs oluna bilərsiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 