Digər dövlətlərlə Azərbaycan arasında təcrübə mübadiləsi davam etdirilir. ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib: "Tərəfdar dövlətlər də karantin rejiminin yumşaldılmasına getsə də, onlarda da yoluxma artdı. Bu ölkələr də ölkəmizdə olduğu kimi təkrar qapanma rejiminə getdilər". O bildirib ki, xaricdə olan vətəndaşlarımızın ölkəmizə təxliyəsi davam edir: "İstanbul-Bakı istiqaməti üzrə 4 hava uçuşları baş tutur. Eyni zamanda Avropa istiqamətində uşular baş tutacaq ki, Bakı-London-Bakı uçuşları olacaq. Həmçinin Bakı-Berlin-Bakı arasında da uçuşlar təşkil olunacaq. Bununla yanaşı bu həftə 250 vətəndaşımız Rusiyadan ölkəmizə gətirilib. Həmçinin qarşıdakı həftədə də bu iş davam etdiriləcək. Eyni zamanda İrandan, Gürcüstandan, Ər-riyaddan da vətədaşlarımızın gətirilməsi nəzərdə tutulur. Bunun üçün vətəndaşlarımızın testdən keçməsi və ölkə daxilində 2 həftəlik karantin qaydalarına əməl etmələri tələb olunur". Hikmət Hacıyev qeyd edib ki, Budapeşt, Daşkənd, Yekaterinburq, Qətərdən də çox saylı müraciətlər səbəbilə vətəndaşlarımızın gətirilməsi nəzərdə tutulur: "Xüsusilə dərs ili başa çatdığı üçün tələblərin gəlişinin təşkili ilə bağlı Bakı-İstanbul reysində müəyyən qiymət güzəştləri nəzərdə tutulur. Vətəndaşlardan maksimum dərəcədə xarici səfərlərdə çəkinmələrjni xahiş edirik".(publika.az)
Bu ölkələrdəki azərbaycanlılar Bakıya gətiriləcək - SİYAHI



Azərbaycan Rusiya ilə razılaşdı, bu gün... - Hikmət Hacıyev
Azərbaycana Çindən mütəxəssislər gətiriləcək
Rayonlara gediş-gəlişin açılması gündəmdədir - Prezidentin köməkçisi
Hacıyev: Virus hələ də bizimlədir və ehtiyatlı davranmalıyıq
190 manat yenidən verilə bilər? - AÇIQLAMA
Azərbaycanda karantin rejimi uzadılacaq? - RƏSMİ
Atamı son dəfə martda görmüşəm - Hikmət Hacıyev
Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət varmı? - RƏSMİ
Hikmət Hacıyevdən karantinin sərtləşdirilməsi SİQNALI
Yaxın zamanda avtobusların sayı yenidən artırılacaq - AÇIQLAMA
İlham Əliyev sərəncam imzaladı
Həftə ərzində 400-500 vətəndaş ölkəyə gətiriləcək - Hikmət Hacıyev
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 