Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar qeyri-müəyyən nəticələrə gətirib çıxara bilər, bu nəticələr bütün Cənubi Qafqaz regionunda əks olunacaq. ONN media xəbər verir ki, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu bu fikri TASS Agentliyinə müsahibəsində söyləyib. O deyib: “2016-cı ildə ciddi hərbi kəskinləşmə dövründə olduğu kimi dünənki qəbildən olan toqquşmalar da qeyri-müəyyən nəticələrə gətirib çıxara bilər. Bu qeyri-müəyyən nəticələr bütün Cənubi Qafqaz regionunda əks oluna bilər. Dünən insan tələfatı olub. Üç nəfər həlak olub, beş nəfər yaralanıb. Dinc kəndlər tez-tez atəşə tutulur. Dinc əhali arasında itkilər var. Hansı ölkə bununla barışa bilər?” Səfir qeyd edib ki, bu gün 10 milyon əhalisi olan Azərbaycan müasir infrastruktura, müasir orduya malik olan müasir ölkədir. Diplomat vurğulayıb: “Hərbi texnikanın ən son nailiyyətləri ilə təchiz olunduğumuz halda biz bu vəziyyətə nə qədər dözəcəyik? Otuz ilə yaxındır ki, ölkənin ərazisi işğal edilib və deyərdim ki, faydasız bitib-tükənməz danışıqlar aparılır, onlar sülhyaratma prosesini zərrə qədər də irəliləmir. Danışıqlar xatirinə nə qədər danışıqlar aparmaq olar. Hesab edirik ki, vəziyyəti irəlilətmək üçün substantiv danışıqlar aparmaq lazımdır”. P.Bülbüloğlu bir məqama diqqəti cəlb edib ki, Azərbaycan işğal olunmuş ərazilərin azad olunmasını və Dağlıq Qarabağın statusuna dair danışıqlara başlamağı dəfələrlə təklif edib. O, sonda deyib: “Ölkə rəhbərliyi, Prezident İlham Əliyev qan tökülməsini, insan tələfatı olmasını, cavanların ölməsini istəmir. Buna görə biz vəziyyəti dinc yolla nizamlamağa çalışırıq. Lakin bizə şans vermirlər və bizi hərbi yola təhrik edirlər. Hərbi yol – ifrat tədbirdir, lakin bu ifrat tədbir tədricən yaxınlaşır”. Polad Bülbüloğlu deyib: “Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Dağlıq Qarabağda iki ölkənin silahlı qüvvələrinin təmas xəttində də vəziyyət hər an kəskinləşə bilər. Vəziyyət çox gərgindir. Bizim Qarabağda təmas xəttimiz də var, orada da hər an, hər dəqiqə analoji hərəkətlər başlana bilər”. Səfir qeyd edib ki, genişmiqyaslı hərbi toqquşmanın qarşısını almaq üçün Ermənistan-Azərbaycan münaqişəsinin real həlli istiqamətində addımlar atmaq lazımdır. P.Bülbüloğlu vurğulayıb: “Kimin yaxşı, kimin pis olması barədə danışmağa dəyməz. Münaqişə var, onun səbəblərini tapmaq və onu mahiyyəti üzrə həll etmək lazımdır. Bir daha deyirəm, əks halda gec-tez hərbçilər işə qarışacaqlar. Bu, ən arzuedilməz variantdır”. Diplomat daha sonra qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün sərhəddə vəziyyətin kəskinləşməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib. Səfirin sözlərinə görə, hazırda iki ölkənin Xarici İşlər nazirləri arasında danışıqlar aparılır.
Səfir: "Dağlıq Qarabağda vəziyyət hər an kəskinləşə bilər"



ABŞ Qarabağda müharibə istəyir?
Qarabağda silahlı münaqişə baş verə bilər- Ekspert
Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını DAYANDIRDI
Rusiya bu zonalara desant çıxara bilər - Admiral
Mariupolda qorxunc vəziyyət - Mer xəbərdarlıq etdi
Energetik içkilərin hansı fəsadları var?
Azərbaycan şahinləri, GÜNÜNÜZ MÜBARƏK!
Polad Bülbüloğlu “İlin səfiri” seçildi
Yeni müharibələr gözlənilir 2018-ci il üçün PROQNOZ
Paşinyan etiraf etdi: Bu kəndlər bizim deyil!
S-400-lər Azərbaycana yerləşdirilsə... - Analitik açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 