“2018-ci ildə dünyada üç müharibə başlaya bilər”.
ONN media xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrində dərc etdiyi yazısında ABŞ-da yaşayan tarix elmləri doktoru, politoloq Yuri Felştinski bildirib.
Onun proqnozlarına görə, bu müharibələr ABŞ və Şimali Koreya, İran və İsrail, İran və Səudiyyə Ərəbistanı arasında başlana bilər.
“Ehtimal edilən ikinci Koreya müharibəsi 2018-ci ildə ən böyük təhlükə kimi görünür. Bu müharibə ABŞ-ın Şimali Koreyaya zərbəsi ilə başlanacaq. Bu zərbələr ABŞ-ın Şimali Koreyanın kommunist diktaturası üzərində sürətli və parlaq qələbəsinə, həmçinin Cənubi Koreyanın dominantlığı altında Koreyanın birləşməsinə gətirib çıxara bilər. Eyni zamanda ikinci Koreya müharibəsi və yüz minlərlə, hətta milyonlarla insanın həlak olmasına gətirib çıxara bilər. Mən vuruşan tərəflərdən birinin nüvə silahından istifadəsinin mövcud riskləri haqqında heç danışmıram”, - o qeyd edib.
Felştinski hesab edir ki, digər müharibələri Yaxın Şərq regionunda İran və İsrail, İran və Səudiyyə Ərəbistanı arasında izləyə bilərik.
Bundan başqa, politoloq hesab edir ki, dünya xəritəsində yeni dövlət – “Kürdüstan” meydana çıxa bilər. Onun sözlərinə görə, bu, Türkiyədə sabitliyi pozacaq.
Xatırladaq ki, Yuri Felştinski daha əvvəl uğursuzluqlar və iqtisadi problemlərə baxmayaraq, Rusiya prezidenti Vladimir Putin və onun ətrafının III Dünya müharibəsinə hazırlığı davam etdirdiyini bildirmişdi.(publika.az)


Yeni müharibələr gözlənilir 2018-ci il üçün PROQNOZ
Yəhudi ekstrasens: “III Dünya savaşı belə başlayacaq”
Koreya yarımadası tarixində İLK
Şimali Koreya ABŞ-ı TƏHDİD ETDİ
Şimali Koreyadan Cənubi Koreyaya tələb: "Üzr istəyin"
Şimali Koreya-ABŞ görüşü bu tarixdə baş tutacaq
Donald Tramp haqqında YENİ İDDİA
Dünya təşvişdə- Şimali Koreya...
Kim Çenə şad xəbər- "Düşmən" deyil
Şimali Koreya ABŞ-a ETİRAZ ETDİ
Kim Çen İndən 24 gündür xəbər yoxdur
Şimali Koreya ballistik raket atdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 