İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirib.
ONN media xəbər verir ki, bu barədə AZAL-ın yaydığı məlumatda deyilir. Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim qrupu gətirilib. Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimlərlə birgə pandemiya qarşı mübarizə tədbirlərində iştirak edəcək. Qeyd edək ki, bu uçuş “Azərbaycan Hava Yolları” aviaşirkətinin tarixində Bakı-Havana-Bakı marşrtu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı “Boeing 787” tipli təyyarəsi vasitəsilə həyata keçirilib. Uçuşun müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 km təşkil edib.Kubadan 115 mütəxəssisdən ibarət həkim qrupu Azərbaycana gətirildi



Çinli həkimlər Azərbaycana gəldi
Azərbaycan daha 175 vətəndaşını təxliyə etdi
197 Azərbaycan vətəndaşı Bakıya gətirildi - AZAL
Daha 211 vətəndaşımız Rusiyadan təxliyə edildi
Ukraynadan 155 azərbaycanlı vətənə gətirildi
Bakı-Dubay təyyarəsi geri qayıtdı
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə çatdırıldı
Azərbaycan daha 188 vətəndaşını ölkəyə gətirdi
Daha 152 nəfər Rusiyadan Azərbaycana gətirildi
Bakıdan Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər satışa buraxılıb
Bakı-Moskva reysinin uçuş marşrutu dəyişdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 