İyulun 16-da, səhər saat 05:45-dən başlayaraq Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən aktiv döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.
ONN media xəbər verir ki, şəhid Ağstafa rayonunun Kolxəlfəli kənd sakini İsmayılov Nazim oğlunun nəşi əvvəlcə onun evinə gətirilib. Daha sonra isə o, doğulduğu rayonda torpağa tapşırılıb. Mərasimdə deputat Qənirə Paşayeva, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak edib. Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Ötən gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.SON DƏQİQƏ: Şəhidimiz torpağa tapşırıldı - FOTOLAR



Daha bir şəhidimiz dəfn edildi
Azərbaycan şəhid polkovnikini izdihamla qarşıladı - FOTO
SON DƏQİQƏ: Ordumuz daha bir şəhid verdi
Tovuz şəhidini qarşılayır
Tovuz rayonu istiqamətində döyüş əməliyyatları davam edir
QHT RƏHBƏRİNDƏN TV VƏ SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ ÇAĞIRIŞ
Telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxardı - MTRŞ
SON DƏQİQƏ: Azərbaycan ordusu 2 şəhid verdi
Şəhid İlqar Mirzəyevin ailəsinə medal təqdim edildi
Dövlət televiziyası şəhidlərə görə konserti LƏĞV ETDİ
Şəhidimizlə vida mərasimi keçirilir - SON DƏQİQƏ
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 