Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib, qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutub. Görülmüş cavab tədbirləri nəticəsində düşmənə ağır zərbələr endirilib, o, böyük itkilər verərək geri çəkilməyə məcbur edilib: “Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır. Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur. Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik. Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir. Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş etdirməyi və yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyi və inanmağı xahiş edirik”.
DTX-dən XƏBƏRDARLIQ: “Azərbaycan xalqı bilməlidir ki…”



Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı ƏN SON AÇIQLAMA
Bu məlumatları yayanlara CİNAYƏT İŞİ AÇILDI - DTX
Cəbhədən SON XƏBƏR
Ağdərə istiqamətində düşmənin şəxsi heyəti MƏHV EDİLDİ
Cəbhədə SON DURUM
SON DƏQİQƏ: Ermənistan ordusu yenidən təxribat cəhd etdi
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
SON DƏQİQƏ: Tovuzda döyüşlər yenidən başladı
DSX şəhid hərbçilərin adlarını açıqladı- Siyahı
Cəbhədən SON XƏBƏR
Düşmən bu istiqamətlərdə xeyli itki verib GERİ ÇƏKİLDİ - MN
Tovuzdan SON DƏQİQƏ XƏBƏRİ - Döyüşlər davam edir
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 