“Hazırda Azərbaycanda koronavirus xəstələri 35 şəhər və rayondakı 50 xəstəxanada müalicə alır”. ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov deyib. “Bu xəstəxanaların 36-sı son vaxtlar inşa edilib, o cümlədən modul tipli xəstəxanalardır. Həmçinin ambulator tibb müəssisələri də mövcuddur ki, xəstəliyi simptomsuz keçirənlərin müalicəsinə cəlb olunub. Bakıda 40 belə müəssisə var. Koronavirus xəstələri üçün çarpayıların sayı 10 mindən çoxdur. Son vaxtlar 300-dən çox süni tənəffüs aparatı gətirilib. Həmçinin tibb xidmətinə müraciətlərin sayının artması nəzərə alınaraq 84 təcili tibbi yardım maşını alınaraq ölkəyə gətirilib, iyul-avqust aylarında daha 100 avtomobil gətiriləcək” - deyə hökumət başçısı qeyd edib. Bundan başqa, Baş Nazirin sözlərinə görə, son aylar ölkədə koronavirus testi vermək üçün loboratoriyaların sayı 6-dan 30-a, gündəlik test vermək imkanı isə 1000-dən 10 000-ə çatdırılıb. Yaxın vaxtlarda isə yeni loboratoriyaların hesabına bu rəqəm 12-13 min olacaq.
Azərbaycana 84 yeni təcili tibbi yardım maşını gətirildi



Prezident İlham Əliyev iclas keçirir - CANLI YAYIM
Prezident və xanımı yeni təcili tibbi yardım avtomobilləri ilə tanış oldu - FOTO
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
İlham Əliyev iclas keçirir
Prezident Nazirlər Kabinetinin iclasını keçirdi
Prezident hökumətin iclasını keçirdi
Prezidentdən göstəriş- Bir gecədə...
Ölkədə kəskin su çatışmazlığı müşahidə edilir - RƏSMİ
Prezident İlham Əliyev yenə nazirləri topladı
"Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək"
Ötən il təcili yardım çağırışları 82% artıb
Bakıda təcili yardım maşını qəzaya uğradı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 