Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) vətəndaşlara müraciət edib. ONN media Dövlət Xidmətinə istinadən xəbər verir ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən olunmuş tələblərə əməl edilməsi, respublikamızda və xaricdə yaşayan vətəndaşların rahatlıqlarının, müraciət imkanlarının daha əlçatanlığının, həmçinin çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib. Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır.
Səfərbərlik Xidmətindən könüllü döyüşə getmək istəyənlərə ÇAĞIRIŞ



23 min 500-dən çox vətəndaş orduya yazıldı - Rəsmi
38 min nəfər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
Orduya könüllü qoşulmaq istəyənlərin sayı 50 mini keçdi - AÇIQLAMA
Könüllü döyüşə getmək istəyənlərin sayı 55 mini keçdi - RƏSMİ
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Səfərbərlik xidməti çağırışçılara müraciət etdi: İyunun 25-30-da...
Könüllü cəbhəyə getmək istəyənlərə müraciət edildi
Səfərbərlik xidmətinə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı
Yüzlərlə vətəndaş Qarabağda döyüşmək üçün müraciət edir - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 