Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xəbərdarlıq edib.
ONN media xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova qeyd ediub.
Xidmət rəsmisi qeyd edib ki, Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən abidəyə 13.09.2022-ci il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin binanın fasadında ayağaltılar qurulmaqla və dam hissəsinə qeyri-qanuni müdaxilələr edilməklə təmir-bərpa işlərinə hazırlıq görüldüyü aşkar olunub:
“Görüləcək işlərin dayandırılması və həmin işlərə dair layihənin razılaşdırılması ilə bağlı 16.09.2022-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktub ünvanlanıb. Lakin, ünvanlanmış məlumatlandırıcı məktuba rəğmən layihə razılaşdırılmadan təmir işlərinə başlanılıb və hazırda davam etdirilir.
Ümid edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tarix-memarlıq abidəsinin qorunmasına həssas yanaşaraq qısa zamanda təmir-bərpa işlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsini təmin edəcək.
Əks halda yol verilmiş müdaxilə faktına görə protokolun yazılması və aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulur



Dövlət Xidmətinin regional idarələri yaradılır
Prezident Azad Cəfərliyə YÜKSƏK VƏZİFƏ verdi
Laçında qəbirüstü at fiqurları tapılıb
Dövlət Xidmətində işçilərin sayı müəyyənləşdi - QƏRAR
Prezident FƏRMAN İMZALADI
Dövlət Xidmətinin bu səlahiyyətləri ləğv edildi
Mədəniyyət Nazirliyinin iki vəzifəli şəxsi işdən azad olundu
Bakıda bu tarixi bina sökülür? - Nazirlik
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Mehriban Əliyeva nöqtə qoydu- "SÖKÜLMƏYƏCƏK"
Nazirlikdən açıqlama- Bu bina tökülür
Qobustandakı “Diri Baba” türbəsi bərpa ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 