COVID-19 epidemiyasından sonra immun sistemini gücləndirmək daha da gündəmə gəldi. Şübhəsiz ki, vitaminlər burda böyük rol oynayır. Bədən üçün zəruri olan və immunitet artırıcı təsir göstərən D vitaminini Günəşdən almaq daha asandır. ONN media xəbər verir ki, türkiyəli mütəxəssislər D vitamininin bədən üçün əhəmiyyəti və faydaları tərəflərini sadalayıb. Əsasən günəş işığından və az miqdarda qidalardan əldə edilən D vitamini kalsiumun mənimsənilməsinə, sümüklərdə kalsiumun saxlanmasına və qandakı kalsiumun səviyyəsinə nəzarət etməyə kömək edir. Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) tərəfindən immun sistemini dəstəkləmək üçün təsdiqlənmiş D vitamini iki komponentdən ibarətdir: D2 vitamini və D3 vitamini. Vitamin D3 bədəndə günəş işığı ilə ifraz olunur. D vitamininin bu iki forması zənginləşdirilmiş qidalarda və qida əlavələrində olur. Yetərli D vitamini ifrazını təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər gün maksimum günəşli havada 30 diqəqi gəzməyi tövsiyə edir. Yadda saxlayın ki, günəşli havada çox qalmaqla daha çox D vitamini etmək mümkün deyil. Çünki bədən avtomatik idarəetmə mexanizminə daxil olur və D vitamini aktiv olmayan törəmələrə çevrilir. D vitamini həbləri isə həkim nəzarəti altında istifadə edilməlidir. Xüsusilə, yağlı balıqları istehlak etmək və yumurta kimi keyfiyyətli protein qəbuluna diqqət yetirmək, orqanizmdə D vitamini səviyyəsini tarazlaşdırmağa kömək edir. Digər tərəfdən, D vitamini vacib olsa da, günəş yanıqlarından ehtiyatlı olmaq lazımdır. Çox yayılmış və çox vaxt ciddi qəbul edilməyən günəş yanıqları ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Körpələr, 4 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı yaşlılar, hamilə qadınlar, günəş işığına məruz qalan işçilər, kök və xroniki xəstəliyi olan insanlar günəş vurması riski altındadır. Günəş vurmasından qorunmaq üçün maye qəbulunu artırmaq, günəş şüalarının pik saatlarında – küçəyə çıxmamaq, günəşə çıxmadan qoruyucu krem çəkmək və açıq rəngli, açıq rəngli paltar seçmək lazımdır. Kepka və şlyapa da görüləsi tədbirlər arasındadır.
D vitaminin bədəndə rolu və vəzifələri - Hər gün 30 dəqiqə...



D vitamini yalnız günəş şüalarından yaranır?
Sümükləri gücləndirən QİDALAR
Dodaq kənarlarında çatlar, toyuq korluğu, quru dəri... - Sizdə bu VİTAMİN çatışmır
D vitamininin əskikliyi bu xəstəliklərə yol açır
Payız mövsümündə bu tərəvəzlər immun sisteminizi qoruyacaq
Bu insanlarda daha çox D vitamini çatışmazlığı olur
Qışda bel ağrılarının səbəbi və asan çarəsi
Bu vitamin dağınıq sklerozun dərmanıdır
Sizə hansı vitaminlər lazımdır?
Arıqlaya bilmirəm deyənlər 15 dəqiqə bunu edin
İmmunitet sistemini gücləndirən qidalar
Bu əlamətlər hansı vitamin çatışmamazlığına işarədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 