Ermənistan sərhəddə bu cür aqressiv davranışlar sərgilədiyi müddətdə danışıqlardan söhbət belə gedə bilməz. Əgər danışıqlar prosesi yenidən bərpa olunacaqsa, bu zaman masaya oturanlar birmənalı şəkildə işğalçı ilə işğala məruz qalanı bir statusda görməməlidir.
ONN media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin etməsi ilə əlaqədar videoformatda qəbul edərkən çıxışını və verdiyi tapşırıqları şərh edərkən deyib.
O vurğulayıb ki, münaqişənin həllində bizim mövqeyimizdə heç bir dəyişiklik ola bilməz:
“Prezidentin “mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır” sözləri ölkə başçısının mövcud durumdan narahat olduğunu göstərir. Faktiki olaraq bu gün danışıqlar prosesi Ermənistanın lehinədir. Çünki 30 ildir uzadılan bu proses status-kvonun saxlanmasından başqa bir şey vəd etmir. Azərbaycan işğala məruz qalmış bir ölkədir. Belə bir reallıq ola-ola 30 il münaqişəni danışıqlar adı altında uzatmaq faydasızdır”.
Politoloq deyib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə danışıqlar prosesi də tamamilə iflasa uğradı:
“Ermənistanda hakimiyyət dəyişməsinin bu ölkənin işğalçı mahiyyətini dəyişmədiyini hamı bilir. Lakin Nikol Paşinyanın hakimiyyətə gəlməsi faktiki olaraq danışıqların iflasına gətirib çıxardı. İşğal olunmuş torpaqlara vaxtaşırı səfərlər, Azərbaycan əleyhinə antikampaniyalar, işğalçı siyasəti ifşa edən bəyanatlar münaqişənin danışıqlar yolu ilə həllinin olmadığını göstərdi. Bu mənada ölkə başçısının çıxışından bu qənaətə gəlmək olar ki, son hadisələrin fonunda iki ölkənin yenidən danışıqlar masasına oturması üçün Ermənistan aqressiyadan imtina etməli, masada konkret həll planı olmalı, eyni zamanda, münaqişə tərəfləri hüquqi baxımdan “işğalçı” və “işğala məruz qalan” tərəf kimi qiymətləndirilməlidir”.



Nazir: “Ermənistan başa düşməlidir ki..."
Ordumuzun hücumuna Köçəryan hüquqi zəmin yaradacaq
Türkiyənin təklifi: Bakı-Ankara hərbi sazişləri... - Şərh
KTMT Qaragölü müzakirə edəcək: nə gözlənilir? - VİDEO
Bu, İlham Əliyevin müdrikliyidir - Afaq Bəşirqızı
Qarabağla bağlı bu tezis darmadağın edildi- İlham Əliyev
XİN-də koklü islahatlar başlayacaq: Ceyhun Bayramov üçün yeni mərhələ
BMT-nin Baş katibi Prezident İlham Əliyevə telefonla zəng etdi
Hacıyev: Dağlıq Qarabağ münaqişəsi həll olunmasa...
Prezident: "Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik"
Onlar istəyirlər ki, bu işğal əbədi olsun - Prezident
Dövlət başçısı- "Ərazi bütövlüyümüz bərpa edilməlidir"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 