Ermənistan KTMT-nin üzvüdür və sabah keçiriləcək toplantıda da Qaragöllə bağlı şişirtdiyi məsələni müzakirəyə çıxarıb. ONN media xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistan hazırkı geosiyasi reallıqları anlamaq iqtidarında deyil: “İrəvanın məqsədi aydındır: KTMT, Rusiya, Qərbin diqqətini regiona çəkib “dövlət sərhədimizə müdaxilə var” iddiası ilə Azərbaycana qarşı beynəlxalq koalisiya yaratmaq. Amma belə bir şey mümkün deyil. Birincisi, hazırda Ermənistanın şişirtdiyi kimi, hər hansı dövlət sərhədinə müdaxilə yoxdur. Rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində öz qanuni sərhədlərini bərpa edir. Bunun adı heç bir halda hansısa dövlətin sərhədlərinə müdaxilə ola bilməz. Azərbaycanın niyyəti həqiqətən də Ermənistan dövlət sərhədlərini pozmaq olsa idi, bu gün ermənilər üçrəngli bayrağımızı Ermənistan parlamentinin başında dalğalanan görərdilər. İkincisi, Ermənistan istər 44 günlük müharibəsi öncəsi, istər 44 günlük müharibə ərəfəsində onsuz da bir yox, bir neçə dəfə Rusiyanın, KTMT-nin, Qərbin regiona müdaxilə etməsini, yəni onun yerinə başqalarının müharibə etməsini istəyib. Lakin diplomatik sferada Azərbaycanı da, Ermənistanı da hər kəs tanıyır. Bu gün hər kəsə bəllidir ki, rəsmi Bakı qanunsuz iş görmür”. Politoloq bildirib ki, KTMT-nin əslində hansı mövqedə olacağını ötən gün Rusiya XİN başçısı Lavrov dedi: “Sabah KTMT XİN başçılarının toplantısı olacaq. Sergey Lavrov da ötən gün bildirdi ki, sərhəddə heç bir atışma yoxdur, heç bir toqquşma baş verməyib, sakitcə sərhəd delimitasiya və demarkasiyası prosesi üzrə danışıqlar gedir, Rusiya da xəritələrlə və məsləhətlərlə dəstək verir. Lavrov eyni zamanda açıq şəkildə bildirdi ki, baş verənlərdən hissləri oynatmaq üçün istifadə etməyə heç bir əsas yoxdur. Hətta ermənipərəst Lavrov da bu mövqedədirsə, onda KTMT-nin müzakirədən sonra formal müraciətindən başqa heç nə gözləməyə dəyməz”. https://youtu.be/iaM-76mQ0nQ
KTMT Qaragölü müzakirə edəcək: nə gözlənilir? - VİDEO



Ermənistan tək və dəstəksizdir - Brayza
KTMT TŞ İrəvana niyə toplaşır?
Paşinyan KTMT-ni sərhədə niyə “çağırmadığını” açıqladı
Ordumuz sərhəddə erməniləri darmadağın etdi
Ermənistanın planları SUYA DÜŞDÜ: təxirə saldılar
KTMT toplanır: Bu məsələlər müzakirə ediləcək
Rusiya Əfqanıstan QƏRARINI AÇIQLADI
Mirzoyan KTMT Baş katibi ilə danışdı
İrəvanda KTMT-nin növbəti iclası keçiriləcək
KTMT-nin zirvə görüşündə Nikola böyük zərbə
Paşinyan Bakıya qarşı son şansını da itirdi
Paşinyan: KTMT missiyasını qəbul etməyə hazırıq
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 