Misirin nüfuzlu “Akhbarelyom” qəzetində tanınmış jurnalist Varda Hüseyninin “Prezident Əliyev Ermənistanı hərbi təxribatda ittiham edib” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycana qarşı hərbi təxribata əl atdığı qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair müşavirədə Ermənistanı hərbi təxribat törətməkdə ittiham edib.
Məqalədə vurğulanıb ki, Azərbaycan dövlətinin başçısı Ermənistanda demokratiya prinsiplərinin pozulması, Venesiya Komissiyasının tövsiyələrinə məhəl qoyulmaması, siyasi opponentlərin təqib edilməsi və diktaturanın hökm sürməsi barədə fikirlər səsləndirib.
Jurnalist Azərbaycan Prezidentinin Ermənistanın hərbi təxribatının başlıca səbəbi ilə bağlı sözlərini sitat gətirib: “Nə üçün məhz iyulun 12-də? Bu da təsadüfi deyil. İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub”.
Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti düşmənə layiqli cavab verildiyini, Azərbaycan Silahlı Qüvvələrinin vəziyyətə tam nəzarət etdiyini deyib.
Müəllif Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iyulun 16-da keçirdiyi mətbuat konfransındakı bəyanatına da yer verib. Qeyd olunub ki, Azərbaycan rəsmisi münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımların nəticə vermədiyini, cəzasızlığın isə Ermənistanı yeni təxribatlara həvəsləndirdiyini söyləyib. O, həmçinin ATƏT-in Minsk qrupunun Ermənistanın Azərbaycana hücumu ilə bağlı konkret bəyanatla çıxış etməli olduğunu bildirib.



Təxribat niyə məhz iyulun 12-də törədildi? - Prezident açıqladı
Koreyanın nüfuzlu "The Korea Post" qəzeti erməni təxribatından yazdı
Prezident İlham Əliyev iclas keçirir - CANLI YAYIM
İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Prezident hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM İMZALADI
İlham Əliyevdən hərbi xidmətlə bağlı SƏRƏNCAM
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan yeni silah və hərbi texnikalar aldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 