Kritik infrastrukturların hədəfə alınması Azərbaycan Respublikasının heç bir zaman siyasəti olmayıb və olmayacaq da. Bu, Ermənistan Respublikasıdır ki, bu kimi məsələləri siyasi məqsədlərlə, sırf dezinformasiya məqsədilə istifadə etməkdədir.
ONN media Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Amma bununla yanaşı Ermənistan tərəfindən bu istiqamətdə verilmiş bir sıra açıqlamaları qeyd etmək istərdim. Ermənistanın bundan əvvəlki prezidenti Ermənistanın arsenalında olan “İskəndər” və “Skadr” raketləri ilə Azərbaycanı - Bakı və onun ətrafında yerləşən neft-qaz infrastrukturlarını birbaşa hədələmişdir. Bundan əlavə Ermənistanın siyasi-hərbi rəhərliyi onların arsenalında olan “İskəndər” və digər raket sistemləri vasitəsilə Azərbaycanın Mingəçevir Su anbarını hədələmiş, həmçinin də Azərbaycan şəhərlərini darmadağın edəcəkləri, Ağdam şəhəri kimi xarabalığa çevirəcəkləri kimi təhdid xarakteri daşıyan açıqlamaları olmuşdur”, o bildirib.
H.Hacıyev vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının kritik əhəmiyyət daşıyan infrastrukturlarının, həmçinin neft-qaz boru kəmərinin hədəfə alınacağı xarakter daşıyan açıqlamalar verilib: “Bütün bunlar bilavasitə Ermənistan hərbiu rəhbərliyinin açıq niyyətinin göstəricisidir. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfindən hər hansı əhəmiyyət daşıyan strateji obyektlərin hədəfə alınması kimi siyasəti yoxdur”.



Prezidentin köməkçisi: "Ermənistan enerji infrastrukturlarını da hədəfə alır"
Hikmət Hacıyevdən SON DƏQİQƏ Ermənistan açıqlaması
Qəbələyə raketlər haradan atılıb? - Prezidentin köməkçisi AÇIQLADI
Prezidentin köməkçisi: Ermənistanın cəzasız qalması...
Azərbaycan təhlükəsizliyi təmin etmək üçün hərbi hədəfləri vurmaq haqqına sahibdir - Hacıyev
Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu
Məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün müdafiəsidir - Prezidentin köməkçisi
Xankəndidə bu nöqtələr məhv edilib
İlham Əliyev sərəncam imzaladı
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA
Azərbaycan Ordusu Xankəndidə yalnız hərbi obyektləri bombalayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 