“Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz”. ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən brifinqdə deyib. H.Hacıyev bildirib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən "Smerç"lərdən istifadə edir: “Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər şəhərləri atəşə tutur, gərginliyi daha da artırır. Hazırda münaqişə ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Ermənistan ərazisindən də Azərbaycanı atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün raketləri hazır vəziyyətə gətirib. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur. Çünki Azərbaycan beynəlxalq hüquqa əsasən təhlükəsizliyi təmin etmək üçün təhlükə yaradan hərbi hədəfləri vurmaq haqqına sahibdir. Ermənistan səhər saatlarında da Azərbaycanın mülki əhalisini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmişdi. Azərbaycan təhlükə mənbəyini neytrallaşdırmaq üçün beynəlxalq hüquqdan istifadə edərək tədbirlər görüb. Çünki biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalimizi hədəfə alır, xeyli sayda insan həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.
Azərbaycan təhlükəsizliyi təmin etmək üçün hərbi hədəfləri vurmaq haqqına sahibdir - Hacıyev



Prezidentin köməkçisi: "Ermənistan enerji infrastrukturlarını da hədəfə alır"
Elə günlər olurdu ki, Tərtərə... - Hikmət Hacıyev AÇIQLADI
Ermənistan dövlət səviyyəsində terror həyata keçirir
Diplomatik nümayəndələrin olduğu Tərtər atəşə tutuldu - RƏSMİ
Hikmət Hacıyev “El Mundo” qəzetinə müsahibə verdi
Prezidentin köməkçisi: Düşmən yeni hərbi cinayətlərə zəmin hazırlayır
Prezdentin köməkçisi Gəncədədir - İLK AÇIQLAMA
Ermənistan tərəfindən atılan “Smerç” raketi yaşayış evinin bağçasına düşüb
Prezidentin köməkçisi: Ermənistanın cəzasız qalması...
Diplomatlar Füzuli rayonunun Merdinli kəndində
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 