İyulun 24-də Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatının qərargahı və Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı izdihamlı etiraz aksiyası keçirilib.
ONN media xəbər verir ki, Nyu York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilmiş aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, Birləşmiş Ştatların müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu York, Nyu Cersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.
Əllərində Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən yüzlərlə həmvətənimizin toplandığı qərargah binasının önündə BMT-dən Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edilib.
Aksiya iştirakçıları bir neçə gün öncə Los-Ancelesdə Azərbaycanın diaspor fəallarına qarşı erməni daşnaklarının törətdiyi vandalizm və təcavüz aktlarının aidiyyətı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb ediblər. Etiraz iştirakçıları “Ermənistan uşaq qatili”, “Ermənistan şiddəti dayandır”, “Qarabağ Azərbaycanındır”, “Terrorçu Ermənistan” şüarları səsləndirib. Ermənistan ordusunun cəbhənin Tovuzda istiqamətində həyata keçirdiyi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib.
Əraziyə polis əməkdaşları cəlb olunub. Ermənilər həmvətənlərimiz qarşısında səssizlik nümayiş etdiriblər. İnsidentsiz başa çatan aksiyanın sonunda Azərbaycanın dövlət himni oxunub. Üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində ABŞ-ın Nyu York şəhərinin mərkəzi küçələrini, meydanları habelə Nyu Cersi ştatının ermənilərin çoxluq təşkil etdiyi məhəllələrini dolaşaraq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıblar



Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçirdi
Böyük Britaniyada soydaşlarımız etiraz aksiyası keçirdi - FOTOLAR
ABŞ-da CNN qarşısında aksiya keçirildi
Nyu Yorkda Azərbaycan bayrağı ucaldıldı
İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası
ABŞ-da erməni səfirliyi qarşısında aksiya başladı
ABŞ-da erməni terroruna qarşı aksiya keçirildi
Azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi
SON DƏQİQƏ: Nyu-York küçələrində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı
Həmyerlilərimiz Belçikada erməni təxribatına imkan vermədi
Sərhəddə Azərbaycana dəstək aksiyası keçirildi
Daha bir ölkədən Azərbaycana güclü dəstək - Bəyanat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 