ABŞ-ın Corciya Ştatında Atlantada Azərbaycan İcmasının təşəbbüsü ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı CNN-nin qərargahı qarşısında etiraz aksiyası keçirilib. ONN media bildirir ki, aksiyada Atlanta ilə yanaşı, ABŞ-ın Virciniya, Alabama, Şimali Karolina ştatlarında yaşayan azərbaycanlılar da iştirak edib. Aksiya zamanı çıxış edənlər Ermənistan ordusunun törətdiyi qanlı terror aktları nəticəsində çoxlu sayda mülki şəxsin həlak olması və yaralanmasını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Bununla yanaşı, aksiya iştirakçıları CNN-dən işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhaliyə hədəflənmiş terror aktları haqqında məlumatları yayarkən ədalətli olmağı tələb ediblər. Aksiyada ABŞ-dakı Azərbaycan icması ilə yanaşı, Ahıska türklərinin və qazax icmasının nümayəndələri də iştirak edib. Azərbaycan, Türkiyə və Qazaxıstan bayraqlarının dalğalandığı aksiyada “Gəncə üçün dua et”, “Erməni təcavüzünə son qoyun”, “ CNN, həqiqəti işıqlandır”, “ CNN ədalətli ol, Ermənistanın təcavüzünü inkar etmə”, "Erməni terrorunu dayandırın!", "Qarabağ Azərbaycandır!" və sair şüarlar səsləndirilib.
ABŞ-da CNN qarşısında aksiya keçirildi



Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçirdi
Ermənistanın BMT-dəki səfirliyinin qarşısında aksiya
ABŞ-da erməni terroruna qarşı aksiya keçirildi
Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
Böyük Britaniyada soydaşlarımız etiraz aksiyası keçirdi - FOTOLAR
Gəncə terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
Ermənistan dövlət səviyyəsində terror həyata keçirir
Azərbaycanın İrandakı səfirliyinin qarşısında aksiya keçirildi
Sahibə Qafarova Matviyenko ilə Gəncə terrorundan danışdı
Berlində Azərbaycanlılar aksiyaya başladı
Daha bir ölkədə erməni təxribatına etiraz aksiyası keçirilib
Azərbaycanlılar Tiflisdə kütləvi etiraza hazırlaşır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 