Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə Qarabağ həqiqətlərindən bəhs edən bədii film çəkiləcək. “Komandir” adlı filmin ssenarisi artıq hazırdır.
ONN media xəbər verir ki, bu barədə filmin ssenari müəllifi, rejissor Cəlaləddin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Qarabağ müharibəsinə həsr olunan, eləcə də bu müharibədən əvvəl də ermənilərin Azərbaycana qarşı qara əməllərindən danışan ”Komandir" adlı filmin redaktoru Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadədir.
Cəlaləddin Qasımov qeyd edib ki, filmin ssenarisi real hadisələrə əsaslanıb. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır.
O deyib ki, saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: “Azərbaycan xalqının qəhrəman oğlu, general-mayor, Qarabağ müharibəsində şəhid olmuş Polad Həşimovun əziz xatirəsinə həsr edilən “Komandir” bədii filmi ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları, vəhşilikləri ekrana çıxarmaqla bunu bir daha dünya tamaşaçılarının mühakiməsinə verəcək”.
Cəlaləddin Qasımov son illərdə ”Şollerin arxivi" adlı bədii və bir neçə sənədli, o cümlədən “100 il şərəfli ömür”, “Nobel qardaşları” və sairə filmləri ilə tanınır. Onun “Şollerin arxivi" filmi onlarla beynəlxalq festivalda medal qazanıb. İnanırıq ki, “Komandir” filmi də müəllifə uğur gətirəcək.



Xudayara həsr edilən filmin təqdimatı olacaq
Bakıda bu küçə və parka Polad Həşimovun adı verildi
General Polad Həşimovun oğlu məşhur futbol klubunda
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Türkiyədə küçəyə Polad Həşimovun adı verildi
General Polad Həşimovun yerinə YENİ TƏYİNAT
Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - RƏSMİ
"Bir topa adam" filmi təqdim edildi
Moskvada "Şuşa, sən azadsan!" filmi nümayiş etdiriləcək
Səfir Polad Həşimovun anasının əlindən öpdü
Şəhid generalımızın adına PUA hazırlanır
Bakıda məşhur hind aktyoru Dharmendra haqqında filmin təqdimatı olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 