Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Bir topa adam" filmi bu günlərdə izləyicilərə təqdim edilib. “Qarabağ” silsiləsindən birinci film olan "Bir topa adam" filmində Qarabağ münaqişəsinin başlamasına rəvac verən hadisələr, ermənilərin törətdiyi qətliamlar, eyni zamanda bu müharibə fonunda baş verənlər real faktlarla ekranlaşdırılıb. Vətənpərvərlik mövzusunda çəkilən filmin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və müharibənin faciəvi nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. “Planet Parni iz Baku Films” şirkətinin çəkdiyi ekran əsərinin senari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru isə Ənvər Mansurovdur. Qeyd edək ki, filmin çəkilməsinə “Nar” da dəstək olub. Tahir İmanovun sözlərinə görə, kino informasiya müharibəsinin ən güclü vasitələrindən biri olduğu üçün Vətən müharibəsinin gərgin dövrlərində Qarabağ münaqişəsi haqqında film çəkmək qərarına gəlirlər: “Həqiqətləri dünyaya çatdırmaq üçün filmlər çox güclü vasitələrdən biridir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə film çəkməyi planlaşdırırıq. "Bir topa adam" filmində biz müharibənin əslində necə başladığını göstərməyə çalışmışıq. Biz bir ailənin prizmasından müharibənin dəhşətlərini canlandırmışıq. Filmin çəkilişində göstərdiyi dəstəyə görə “Nar”a öz təşəkkürümüzü bildirirk”. Qeyd edək ki, filmin tam versiyasına aşağıdakı link vasitəsilə baxmaq olar: https://www.youtube.com/watch?v=qgMnNvdS8Co
"Bir topa adam" filmi təqdim edildi



Şuşa barədə “28” filmi beynəlxalq festivalda
Ermənilərin Qarabağ filmi
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
Ceyms Bond silsiləsindən yeni filmin adı bəlli oldu
“Məhəllə 3” FİLMİ GƏLİR: Qüdrətsiz... - VİDEO
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
“Bəxt üzüyü 2” filmi ekranlara ÇIXARILIR
“O, Xarqo idi” filmi bu tarixdə təqdim olunacaq
Türklər “Qarabağ” haqqında film hazırladı - VİDEO
Moskvada "Şuşa, sən azadsan!" filmi nümayiş etdiriləcək
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
Tezliklə Dağlıq Qarabağ... - Putin AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 