F-16 qırıcılarının Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsi ilə bağlı təkliflər müxtəlif vaxtlarda səsləndirilib. Bu, bizim maraq dairəmizdədir. Dəyişən şərtləri də nəzərə alsaq, deyə bilərəm ki, yaxın gələcəkdə F-16 qırıcılarını arsenalımızda görə bilərik.
Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin 10-a yaxın F-16 qırıcısının “TurAz qartalı” təlimində iştirak etməsi haqda danışarkən deyib.
Polkovnik qeyd edib ki, Azərbaycan pilotları il ərzində bir neçə dəfə Türkiya pilotları ilə ortaq təlimlərdə iştirak edir:
“Təlimlər həm Türkiyədə, həm də Azərbaycanda olur. İki ordunun pilotlarının birlikdə təlimlər keçirməsi qarşılıqlı təcrübə mübadiləsi baxımdan çox vacibdir. Onu da qeyd edim ki, Azərbaycan pilotları Türkiyədə təlimlərdə olarkən Türk Hava Qüvvələrinin arsenalında olan təyyarələrdən, türkiyəli pilotlar isə ölkəmizdə təlimlərdə olarkən Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan təyyarələrdən istifadə edir. Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir orduları sırasındadır. Bunun əsas səbəbi də müntəzəm olaraq yeni nəsil silahlar, texnikalarla özünü yeniləməsidir. İstər F-16 qırıcıları, istərsə də Türkiyə istehsalı olan PUA-lar yeni nəsil silahlardır. Xüsusilə Ordumuz uzun müddətdir F-16 qırıcılarını öz arsenalına daxil etmək istəyir. Hazırda bizim hərbi hava qüvvələrinin əsas gücünü rus istehalı olan “Su” qırıcıları təşkil edir. Bu mənada “TurAz qartalı” təlimləri F-16 qırıcılarını daha yaxından tanımaq imkanını yaradır”.



Azərbaycan və Türkiyə ordusu meydana çıxarılır
Türkiyə qırıcıları Azərbaycana GƏLİR
Türkiyə F-16-ları Azərbaycanda: Qardaşa güvənc...
Azərbaycan qırıcılarını Türkiyəyə göndərdi
"Turaz qartalı 2022" başa çatdı
Qırıcılarımız şərti düşmənə zərbələr endirdi - Video
Qırıcılarımız son tapşırığı icra etdi - VİDEO
Bu gün hərbi hava qüvvələri günüdür
Bakı və Ankaradan dünyaya güc nümayişi - FOTOLAR
Şəhid polkovnikin oğlu: “Hərbi təlimlərdə iştirak etməyə hazıram”
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2021" təlimində iştirak edəcək
Türkiyənin ordu komandanı Vasif Talıbovla görüşdü
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 