Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən ONN media -ya bildirilib ki, sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək deyib: “Ölkələrimiz arasındakı əlaqələrin inkişafında ordu quruculuğu xüsusi yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mühüm tərkib hissəsi kimi dəyərləndirdiyi ikitərəfli hərbi əməkdaşlığımız bu gün ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq davam və inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu tədbirlərinə, xüsusilə bu sahədə qardaş Türkiyə ilə əməkdaşlığa böyük əhəmiyyət verilir. 1997-ci ildən bu günədək Naxçıvan Muxtar Respublikasında 600-dən çox Türkiyə hərbçisi xidmət keçib, Heydər Əliyev adına Hərbi Liseyi bitirən 120-yə yaxın kursant isə Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Həmçinin ötən il Əlahiddə Ümumqoşun Ordunun 72 hərbi qulluqçusu Türkiyədə müxtəlif kurslarda olub. Son illər keçirilən birgə hərbi təlimlər də uğurlu əməkdaşlığın nəticəsi kimi məmnunluq doğurur. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə minnətdarlıq edib. Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlıq edib, Naxçıvanda olmaqdan böyük qürur keçirdiklərini bildirib. Ötən illərdə keçirilən birgə hərbi təlimlərdə iştirakını məmnunluqla xatırladan Şərəf Öngay “Bir millət, iki dövlət” prinsipinə əsaslanan ikitərəfli əlaqələrimizdə ordu quruculuğu sahəsində görülən işləri, xüsusilə birgə hərbi təlimlərin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyənin ordu komandanı Vasif Talıbovla görüşdü



Türk general Naxçıvanda Vasif Talıbovla görüşdü
Vasif Talıbov Hulusi Akarın müavini ilə görüşdü
Vasif Talıbov Zakari Qrosla görüşdü
Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda
Naxçıvana yeni baş nazir təyin olundu
Vasif Talıbov onları təltif etdi
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Naxçıvanda Türkiyə ordusu ilə birgə təlim keçirildi - FOTOLAR
İlham Əliyev hərbi aerodromun açılışında
Vasif Talıbov İnstitut direktorunu təltif etdi
General-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib
Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 