Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi, Ünvanlı Sosial Yardım (ÜSY) alan yoxsul ailələrə maliyyə dəstəyinin dayandırılması, özünəməşğulluq proqramı üzrə vətəndaşlara xəstə heyvanların verilməsi və s. çatışmazlıqlar xalq tərəfindən narazılıqla qarşılanır. Nazir Sahil Babayev “fəaliyyətini” analoq konsepsiyalarla, pafoslu çıxışlarla və piar çalışmaları ilə ört-basdır etməyə çalışır. Lakin, o öz itirilmir reputasiyasını bərpa edə bilmir. Ən çox narazılıq yaradan hallardan biri də, sosial yardımların və təqaüdlərin təyin olunması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Quba rayon Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən rüşvət və qanunsuzluqlar barədə cumhuriyyet.az-a danışan Babayev Ramin Fikrət oğlu bir müddət əvvəl səbəbsiz yerə işdən çıxarılması və baş verən bəzi qanunsuzluqlar barədə məlumat verib.
Sahil Babayevin sabiq işçisinin iddiasına görə bütün ünvanlı sosial yardım təyinatları “makler”lər vasitəsi ilə təyin edilir. Bununla bağlı cumhuriyyet.az-a danışan R.Babayev bildirir ki, bu işlərin başında isə İmran və Elçin adlı “makler”lər durur: “Onlar adam tapıb gətirir və müəyyən rüşvət qarşılığında sosial yardım təyin edilir. Əgər son 1 il ərzində təyin edilən Ünvanlı Sosial Yardımlarla bağlı manitoring aparılsa hər şey üzə çıxacaq. Hər “makler” 50-100 nəfər arası vətəndaşın sənədlərini toplayaraq idarəyə gətirir və orada bu yardımlar təyin olunur. Əmək pensiyası yaşı çatıb lakin əmək stajı olmayan vətəndaşlardan 1500-2000 manat civarında pul alaraq onlara saxta əmək hüququ yaratmaqda qrumun qanunsuz əməlləri sırasındadır. Bunu hansı yolla həyata keçirilməsi isə olduqca müəmmalıdır”. (Azerinfo.az)



Sahil Babayev vəzifəli şəxsi işdən azad etdi
Sahil Babayev ona yeni vəzifə verdi
Naxçıvanda yeni vəzifəyə təyinat olub
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Nazir qalmaqallı məmuru işdən çıxardı - VİDEO
Nazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHI
Uşaq pulu verilə bilər?- Nazir açıqladı
Sabiq nazirin yaxın adamına YÜKSƏK VƏZİFƏ
Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR – Prezident göstəriş verdi – VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat
Prezident tapşırığı: Nazir şad xəbəri elan etdi
Mart ayına dair bütün sosial ödənişlər köçürüldü - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 