Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib.
ONN media bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib. Siyahıya aşağıdakı mallar daxildir: - Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti - Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar - Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan - Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan - Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları) - Dezinfeksiyaedici vasitələr - Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər - Baxillər - Steril və qeyri-steril əlcəklər - Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar - Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) - Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) - Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər - Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı - İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər. Qeyd edək ki, Nazirlər Kabinetinin "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına əsasən, bu il iyulun 1-dək yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılmışdı. Beləliklə, qərara edilən dəyişikliklə həm ölkədən aparılması məhdudlaşdırılan malların siyahısı genişləndirilib, həm də malların ölkədən aparılmasına qoyulan məhdudiyyətin müddəti iyulun 1-dən sentyabrın 1-dək uzadılıb.press.azQadağa bu tarixədək uzadıldı — QƏRAR



Azərbaycanda daha bir QADAĞA LƏĞV EDİLDİ
Alkoqollu içkilər bahalaşacaq
Spirtli və energetik içkilər üçün aksiz qiymətləri — ARTIRILDI
PİS XƏBƏR- Siqaretin qiyməti bahalaşdı
Baş nazir tibbi maskalarla bağlı MÜHÜM QƏRAR İMZALADI
Azərbaycandan bu tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu
Əsədovdan koronavirusla qarşı vacib qərar
DİQQƏT- 9 nəfər spirtdən zəhərləndi, ölən var
Parlament qəbul etdi: Spirtli içkilərə aksiz vergisi artırılır
Ölkədə siqaret və içki bahalaşdı
Energetik içkilərin satışı və reklamı ilə bağlı QAYDALAR DƏYİŞDİ
Əhaliyə zəhərli spirt satılır: Araşdırma başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 