Zəhərlənən şəxslər metil spirti içiblər. Bu spirt satışda olmamalıdır, onu əhaliyə satmaq qadağandır. Bu sözləri baş toksikoloq Azər Maqsudov geniş müsahibəsində koronavirusa görə spirt içib zəhərlənən şəxslər haqda deyib. O bildirib ki, metil spirti kimya sənayesində işlənən məhluldur: “Aptekdən satılan tibbi spirtin tərkibində də metil spirti aşkarlanıb. Bunun necə olması haqqında Qida Təhlükəsizliyi Agentliyi araşdırmalar aparır”. Baş toksikoloq metil spirtini tibbi spirtdən ayırd etməyin çətin olduğunu deyib: “Metil spirtinin qoxusu və rəngi tibbi spirtdən fərqlənmir. Tərkibi oxşardır. 30 milli litrdən çox qəbul etdikdə ölümcül doza verir. Biz şahidi də olduq, müraciət edən 13 xəstədən 8 nəfərinin ölüm səbəbi metil spirti içmələridir”. A.Maqsudov qeyd edib ki, metil spirti görmə qabiliyyətini pozur və korluq əmələ gətirir: “Daha sonra beyin mərkəzlərinin, qaraciyərin funksiyasını sıradan çıxarır. Beyinin fəaliyyətini korladıqdan sonra nəfəs mərkəzi zədələnir və ondan irəli gələn fəsadlaşma başlayır. Bu zaman xəstə ürək, ağciyər çatışmazlığından həyatını itirir”.
Əhaliyə zəhərli spirt satılır: Araşdırma başladı



DİQQƏT- 9 nəfər spirtdən zəhərləndi, ölən var
Bakıda qadın spirtdən həyatını itirdi
Azərbaycanda daha 2 nəfər metil spirtindən öldü
Azərbaycanda saxta spirtdən daha 2 nəfər həyatını itirdi
Metil spirtindən daha bir nəfər öldü
Türkiyədə 44 nəfər həyatından oldu
Parlament qəbul etdi: Spirtli içkilərə aksiz vergisi artırılır
Üç nəfər dəm qazından zəhərləndi
SOS: Bakıda saxta içkidən zəhərlənənlərin sayı artır
Qadağa bu tarixədək uzadıldı — QƏRAR
Bakıda tibbi maska qıtlığı: "Bir nəfərə iki ədəddən artıq satmırıq" - VİDEO
“Səssiz ölüm”dən necə yaxa qurtarmaq olar? – VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 