Son illərdə Azərbaycanın Avropada yerləşən müxtəlif ölkələrdəki diaspora təşkilatlarının fəaliyyətləri daha da genişlənməkdədir. Bunun bariz nümunəsi kimi Niderland krallığının Haaqa şəhərində yerləşən Hollanda Azərbaycan Türk Kültür dərnəyinin son vaxtlar gördüyü işləri misal göstərmək olar. ONN media xəbər verir ki, adı çəkilən təşkilatın təşəbbüsü və təşkilatçılığı, həmçinin orada yaşayan azərbaycan- türk toplumunun maliyyə yardımı ilə 2007- ci ildə Haaqa şəhərinin Nieuw Eykenduynen məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsənə anıt ucaldılmışdır. Əgər nəzərə alsaq ki, Haaqa şəhəri Avropanın ən böyük siyasi mərkəzlərindən biridir, anıtın məhz həmin şəhərdə olmasının əhəmiyyəti daha da aydın olar. Hər il fevral ayının 28- də orada yaşayan soydaşlarımız anıtın ətrafına toplaşaraq ermənilərin törətdiyi soyqırımın qurbanlarının xatirəsini yad edir, Xocalı gerçəkliklərini bir daha oradan bütün dünyaya bəyan edirlər. Dərnəyin şəhər bələdiyyəsi ilə apardığı danışıqların nəticəsi olaraq bu ilin iyul-avqust aylarında həmin anıt üçün yeni daha geniş yer alınmış, anıt həmin yeni əraziyə köçürülərək, ətrafı tamamilə abadlaşdırılmışdır. İndi orada daha çox ziyarətçinin eyni vaxta toplanması və müəyyən tədbirlərin keçirilməsi üçün hər cür müasir şərait yaradılmışdır. Bundan başqa üzərində baş vermiş hadisənin qısa izahatı olan lövhə həm Azərbaycan, həm də Holland dilində ziyarətçilərə məlumat verir. Həm də yeni ərazi gəliş – gediş baxımından da insanlar üçün çox münasib bir yerdədir. Bu işdə maliyyə baxımından zəhməti keçən Azərbaycan ve Türk toplumuna təşəkkür edirik!
Haaqada Xocalı abidəsinin yeri dəyişdirildi - FOTO



Niderlanda Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilib
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu - FOTO
İlham Əliyev Xocalı abidəsini ziyarət edib
İstanbulda Xocalı soyqırımı ilə əlaqədar yürüş keçirilib
Haaqa şəhərində Ermənistan səfirliyinin önündə etiraz aksiyası keçirilib
Prezident Xocalı qurbanlarının xatirəsini andı
"Qürbətdən Qarabağa" - Qazilərimizə Avropadan YARDIM KAMPANİYASI
Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
Xocalı soyqırımından 30 il ÖTÜR
Bu faciə yaddaşımızdan silinməyəcək - Mehriban Əliyeva
Sabah Azərbaycanda yağış yağacaq
Polis 8 avtomat, 2 tüfəng və 548 patron aşkarladı
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun 