44 günlük Vətən müharibəsi bizə uzun illər gözlədiyimiz qələbə sevincini yaşatsa da ağrı-acısız da ötüşmədi. Minlərlə valideyin övladsız, körpələr atasız-anasız, qadınlar ömür-gün yoldaşısız qaldı. Minlərlə igidlərimiz yaralanaraq müxtəlif əlillik dərəcəsi aldı. Şanlı ordumuzun bu parlaq qələbəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır. Şəhidlərin və qazilərimizin ailələrinə, övladlarına qayğı göstərmək, həmişə onlara yardım etmək hər bir vətəndaşımızın borcudur. Bu mənada Vətənin bir parçası olan xaricdə yaşayan azərbaycanlılar da şəhid və qazilərimizin ağrı-acılarını paylaşmağı özlərinə borc bilir, mümkün qədər onlara dəstək olmağa çalışırlar. Elə bu məqsədlə Niderland Krallığının Haaqa şəhərində yerləşən Azərbaycan Hollanda Türk Kültür dərnəyi may ayının 20-dən etibarən yeni yardım kampaniyasına başlamışdır. Dərnək başqanı İlhan Aşqının ONN media -ya verdiyi məlumata görə, kampaniya oktyabır ayının sonuna qədər davam edəcək və burada məqsəd 90-a qədər müharibə əlilini pulsuz elektrik əlil arabası ilə təmin etməkdir. Buna görə də, xaricdə yaşayan bütün insanlarımızı kampaniyada iştirak etməyə, bu müqəddəs işə imkanları daxilində yardımçı olmağa çağırırıq. Unutmayaq ki, o şanlı qələbəni Azərbaycanın tarixinə qızıl hərflərlə yazan, üçrəngli bayrağımızı Qarabağın hər yerində dalğalandıran məhz həmin yardım edəcəyimiz insanlardır. Bu müqəddəs işdə hər kəsə uğurlar arzulayırıq. Allah bütün Türk dünyasını qorusun!
"Qürbətdən Qarabağa" - Qazilərimizə Avropadan YARDIM KAMPANİYASI



Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu - FOTO
Səfir Şaban Dişli ilə Hollanda Azərbaycan Türk Kültür Dərnəyi arasında görüş keçirildi
Haaqada Xocalı abidəsinin yeri dəyişdirildi - FOTO
Niderlanda Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilib
Könüllü Yardım Fondu vətən müharibəsinin qəhrəmanları və övladları ilə tədbir keçirdi - FOTOLAR
"Edəcəyimiz tək bir iş var, o da..."- İlhan Aşkın
Hollandiyada 20 Yanvar şəhidləri anıldı
Sahibə Qafarova şəhid ailələri və yaralı hərbçilərlə görüşdü
Hollandiyada bir qrup Şərqi Türküstanlı xanımlarla görüş keçirildi
"Azercell"dən Vətənin igid övladlarına hörmətlə!
Diaspor Komitəsi dünya azərbaycanlılarına müraciət etdi
Şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya ödəniləcək? - AÇIQLAMA
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 