Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmini məqsədilə ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər də artıq formalaşdırılıb. Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, ölkəmizdə koronavirus (COVİD-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma müşahidə edilməkdədir. Bu dinamikanın qorunub saxlanılması məqsədilə 31 avqust 2020-ci il tarixədək ölkə ərazisində xüsusi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən məhdudiyyətlər qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və YUNESKO dünyadakı mövcud pandemiya şəraitində qeyd etmişlər ki, təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir. Ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyatı dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır. Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilməkdədir. Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Bununla bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.
Təhsil Nazirliyindən yeni dərs ili ilə bağlı AÇIQLAMA



Bu gün neçə tələbə dərsə başlayıb?
Azərbaycanda bu obyektlərin fəaliyyətinə icazə verilir - SABAHDAN
Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
SON DƏQİQƏ: Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Bu şagirdlər əyani formada tədrisə CƏLB OLUNACAQLAR
SON DƏQİQƏ: Azərbaycanda bu tarixdən məktəblər bağlanır
Məktəblər bu tarixdən açılır - QƏRAR VERİLDİ
Nazirlikdən ənənəvi tədrislə bağlı açıqlama
Nazir şöbə müdirinə töhmət verdi - Karantini pozduğuna görə
Azərbaycanda karantin rejimi uzadıldı - SON DƏQİQƏ
Məktəblər nə vaxt açılacaq? - Nazir danışdı
Təhsil Nazirliyindən özəl məktəblərə MÜHÜM XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 