“Yoluxmaların sayında azalma var. Lakin növbəti payız aylarında pik hədd və mövsümi qriplər olacaq”.
ONN media xəbər verir ki, bu fikirləri açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva səsləndirib. Rəvanə Əliyeva bildirib ki, son brifinqdə də qeyd edildiyi kimi koronavirusa yoluxanların sayında xeyli azalma olsa da, bütün dünyada olduğu kimi Azərbaycanda da bir sıra qabaqlayıcı tədbirlər görülməkdədir. “Payız aylarında pik hədd və mövsümi qriplər olacaq. Bunu Yaqut xanım da vurğulayıb. Orada da deyildi ki, biz hazırlıq görürük. Çarpayı sayımızı artırırıq. İstənilən halda, Azərbaycanda virus itməyib. Dünyada da vəziyyət eynidir. Bir dönəm çox xəstə oldu və yüngül simptomlu xəstələr evdə müalicə edildi. Əlavə çarpayı fondunun olması zərərli deyil. İstəyirik ki, daha yaxşı xidmət göstərək”, – deyə Rəvanə Əliyeva qeyd edib. Belə olduğu təqdirdə sərt karantin rejiminin yenidən sərtləşdirilməsi gözlənilirmi? Mövcud gedişat hazırda yumşaldılmanın olması üçün şərait yaratsa da, payız ayları üçün bunu demək tezdir. Mütəxəssislər də bildirir ki, yenidən koronavirusa yoluxanların sayında artım olacağı təqdirdə sərt karantin rejimi tətbiq edilə bilər. Belə olacağı təqdirdə SMS icazə sistemi yenidən aktivləşə və bir çox iş yerləri fəaliyyətlərini müvəqqəti dayandıra bilər. Qeyd edək ki, sərt karantin rejiminin tətbiq edilməsi yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.Gələn aydan yenidən sərt karantin tətbiq ediləcək? — AÇIQLAMA



Toylara sentyabradək qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA
3 saylı şəhər klinik xəstəxanası bağlandı - RƏSMİ AÇIQLAMA
Koronavirusla bağlı "Qaynar xətt" fəaliyyətə başladı
Sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik? - AÇIQLAMA
TƏBİB-də dəyişiklik: 2 xanım yüksək vəzifəyə təyin edildi
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - Bu aydan etibarən...
Sərt karantin rejimi nə vaxt yumşaldılacaq? – Operativ Qərargahdan AÇIQLAMA
Qadınlar arasında yoluxma daha çoxdur - Yaqut Qarayeva
TƏBİB-dən karantinin daha da yumşaldılması ilə bağlı -AÇIQLAMA
Karantin nə qədər uzadıla bilər? - Açıqlama
Bakıda bu xəstəxanaya qəbul dayandırıldı - RƏSMİ
Ölkədə karantin rejimi iki həftəlik sərtləşdirilə bilər? - AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 