“Naxçıvan Muxtar Respublikasına cəmi 1,3 milyon manat ayrılıb. Bu həddən artıq az vəsaitdir. Naxçıvanda Əlahiddə Qoşun Birləşməsi, Sərhəd Xidməti var. Məncə Naxçıvana ayrılan vəsaitin artırılması haqda düşünməliyik. Ermənistanla ən böyük sərhədimiz Naxçıvan Muxtar Respublikasıdır. Bu gün də Ermənistanın daha çox çəkindiyi Naxçıvandakı Əlahiddə Qoşun Birləşməmizdir”. ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib. O xatırladıb ki, Naxçıvan Ermənistan, İran və Türkiyə ilə sərhəddir: “Mən Operativ Qərargaha təşəkkür edirəm. Naxçıvana olan təyyarə reyslərini artırdı. Hazırda həftədə 6 təyyarə reysi var. Nəzərə alın ki, insanlar bura gəlib-getməkdə çətinlik çəkir. Xüsusilə həkimlə gəlmək istəyənlər və təhsillə bağlı gəlmək niyyətində olanlar”. Deputat çıxışı zamanı sual da ünvanlayıb: “1,3 milyon manatla Naxçıvan neyləyə bilər? Bu məbləğlə sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın? Biz Naxçıvanı qorumalıyıq. Bunun üçün də əhalinin sosial müdafiəsi, ordununun təchizatı yüksək səviyyədə olmalıdır. Orada təlimlər keçirilir. Təklif edirəm ki, III oxunuşa qədər Maliyyə Nazirliyi, müvafiq dövlət qurumları bu məsələyə diqqət yetirməlidir. Biz bu məsələyə həssas yanaşmalıyıq. Naxçıvan blokada şəraitindədir. İran və Türkiyə ilə yol bağlıdır. İnssanlar məhsullarını kənara çıxara bilmir. Bir çox rayonlardan fərqli olaraq Naxçıvanda vəziyyət çətindir. Əvvəl insanlar məhsullarını İran vasitəsilə bura gətirirdilər. İndi bu imkan da yoxdur. Türkiyəyə məhsul aparmaq üçün yol bağlıdır. Hesab edirəm ki, ora ayrılan vəsait artırılmalıdır. Tovuz istiqamətində vəziyyət kəskinləşəndə Naxçıvanda, Sədərək istiqamətində də atışmalar baş verdi. 1,3 milyon orada atılan 2-3 raketin qiymətidir”.
Bu məsələyə həssas yanaşmalıyıq - Siyavuş Novruzov



Gələn il Naxçıvana 281 milyon manatdan çox dotasiya ayrılacaq
İlham Əliyev Naxçıvana getdi
Naxçıvan-Bakı aviareysləri AÇILA BİLƏR
Naxçıvana yeni baş nazir təyin olundu
Vasif Talıbov generalı işdən çıxardı
Siyavuş Novruzov: “Onlara inanmayın”
Vasif Talıbov Zakari Qrosla görüşdü
Naxçıvan ali məclisinin səlahiyyətləri azaldıla bilər?
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür
Azərbaycanın digər bölgələrindən vətəndaşların Naxçıvana gəlişinə QADAĞA OLUNDU
Azərbaycanda yeni nazir müavini təyin edildi – Sərəncam
Bu gün bütün gözlər Naxçıvandadır
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 